P.S Zaten boyun da küçüktü kitabının müəllifi Gülay Hüseynova ilə görüş. -

“P.S Zaten boyun da küçüktü” kitabının müəllifi Gülay Hüseynova ilə görüş.

Ouxucuları tərəfindən böyük diqqətə səbəb olmuş “P.S Zaten boyun da küçüktü” kitabının müəllifi Gülay Hüseynova ilə görüş baş tutdu.

Müasir Gənclər Klubunun təşkilatçılığı ilə Azərbaycanda satış rekordu qıran, bestseller “P.S. Zaten boyun da küçüktü” kitabının müəllifi Gülay Hüseynova tərəfindən 12 sentyabr 2015-ci il tarixində Müasir Gənclər Klubunun ofisində gənclərlə görüş keçirildi. Bestsellerin müəllifi ilə görüşdə 35-dən artıq gənc iştirak edərək kitabın yazılması tarixçəsini, müəllifin yaradıcılığı və s. haqqında səmimi söhbət etmişdir.

Məşhur kitabın müəllifi Gülay Hüseynova ilə görüşün keçirilməsinin məqsədi Klubun üzvləri ilə yanaşı, digər gənclərin də Azərbaycanda olan müasir ədəbiyyat yazıçılarını yaxından tanıması, gənclərin kitab oxumaq vərdişini aşılamaq və gənclər arasında kitab mütaliəsinə maraq yaratmaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !