Azərbaycan Dövlət YUĞ Teatrıyeni teatr mövsümünü premyera ilə açacaq -

Azərbaycan Dövlət YUĞ Teatrıyeni teatr mövsümünü premyera ilə açacaq

Azərbaycan Dövlət YUĞ Teatrı sentyabrın 20-də saat 18.00-da 26-cı mövsümünü açacaq. Teatr yeni mövsümünə “Sonuncu” tamaşasının premyerası ilə başlayacaq.Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tətribatçısıXalq artisti Ramiz Həsənoğludur. Tamaşanın geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısıƏlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
Tamaşada Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə çıxış edir.
Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar.Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.
Bu il YUĞ Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun 60 yaşı tamam olub. “Sonuncu” tamaşası, həm də Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.

 

 

Əməkdaşlığa görə nümayəndələrinə təşəkkür edirik!

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !