ADU tələbələri ABŞ universitelərində təhsil alacaqlar -

ADU tələbələri ABŞ universitelərində təhsil alacaqlar

Sentyabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul etdi. Görüşün məqsədi ADU tələbələrinin ABŞ-ın öndə gedən ali təhsil müəssisələrində, eyni zamanda Amerikalı tələbələrin Dillər Universitetində təhsil alması ilə bağlı yeni proqrama əsasən müqavilənin imzalanması idi. Görüş zamanı ADU ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında müqavilə imzalandı. Müqaviləni ADU tərəfdən universitetin rektoru, professor Səməd Seyidov, səfirlik tərəfdən isə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta imzaladı.
Önəmli Dil Təqaüdü proqramını həyata keçirmək üçün əvvəl imzalanmış müqaviləyə dəyişikliklər olundu və yeniləndi. Bu müqavilənin öncəki müqavilədən əsas fərqi ondan ibarətdir ki, Önəmli Dil Təqaüdü Proqramı əvvəllər Amerikalı tələbələri, həmçinin məzunları üçün nəzərdə tutulan mədəni və xarici dil proqramı olmaqla onların Azərbaycan dilini öyrənmək üçün ADU-nun Yay məktəbində iştirakını təmin edirdisə, yeni proqrama əsasən hazırda bağlanan müqavilə eyni zamanda ADU tələbələrinin də ABŞ-ın ən öndə gedən universitetlərində Yay Məktəbində təhsil almaq imkanını nəzərdə tutur. Bununla yanaşı 2015-2018-ci illəri əhatə edəcək müqavilədə illik əsaslarla proqramın xərclərinin 50%-nin Azərbaycan Dillər Universitetinin, 50%-nin isə səfirlik hesabına ödənilməsi qeyd olunur.
Qeyd edək ki, ABŞ-ın Dövlət Departamentinin proqramı olan Önəmli Dil Təqaüdü Proqramı 2010-cu ildən etibarən ADU və Amerikan Şuralarının birgə əməkdaşlığı ilə fəaliyyət göstərir.

 

Əlaqə:
012 440 29 31

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !