Seçki+M aylıq fotomüsabiqə -

“ Seçki+M ” aylıq fotomüsabiqə

Azərbaycan Milli Qeyri Hökumət Təşkilatlarının Forumu və Azərbaycan Fotoqrafları Birliyi oktyabr ayı ücün “SeçkiM” adlı aylıq foto müsabiqə elan edir.

Müsabiqəyə təqdim olunan fotolar qarşıdan gələn bir ay ərzində seşki ərəfəsində vətandaş cəmiyyətində seçkilərə hazırlıq,seçki ərəfəsində gündəlik həyatımızda baş verən prosesləri əhatə etməlidir.Fotolar küçə fotoqrafiyasından tutmuş,portret,etüd və natürmortlarda təqdim oluna bilər.Ümumilikdə isə təqdim olunan fotolarda seçki atributlarının olması mütləqdir.Müsabiqənin ideyası Rauf Zeyniyə məxsusdur.
Müsabiqəyə fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq.Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər.Seriya kimi göndərilən fotolar bir iş kimi qəbul olunacaq.Seriya yeddi fotoya qədər ola bilər. Müəllifin öz seçimindən asılı olaraq. Müsabiqəyə fotolar 27 oktyabr tarixinə kimi təqdim olunmalıdır. Münsiflərə təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad,famili,fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində hec bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində hec bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə(real rəng,kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), elan olunmuş ayda çəkilmiş işlər qəbul olunur.Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan komersiya məqsədi ilə istifadə olunmayacaq.Fotolar Facebookda AFB Ayliq Musabiqe bağlı qrupda yerləşdiriləcək.

Müsabiqənin yekunu 31 oktyabr “Açıq qapı günü” toplantısında elan olunacaq.

Kordinator Əminə Mirlidr.Əlaqə tel:05521247 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !