Şəkinin qabaqcıl müəllimləri mükafatlandırılıb - FOTO (AZpress.AZ - Şəki, TURAL SƏLİMOV)

Şəkinin qabaqcıl müəllimləri mükafatlandırılıb FOTO (AZpress.AZ - Şəki, TURAL SƏLİMOV)

Beynəlxalq Müəllimlər Günü münasibətilə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında bayram tədbiri keçirilib.
Qabaqcıl müəllimlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, müəllimləri peşə bayramları münasibətilə təbrik edib, savadlı nəslin formalaşmasında, şəxsiyyətin və vətəndaşın tərbiyə olunmasında müəllimin rolunu yüksək qiymətləndirib. Vurğulanıb ki, müəllimlik dünyada ən çətin, eyni zamanda, şərəfli və gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müstəqil Azərbaycanın gələcəyi məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan çox asılıdır.
Bildirilib ki, zəngin maarifçilik ənənələri olan Şəkidə elmə, təhsilə, müəllimə həmişə yüksək münasibət bəslənilib və bu ənənə indi də davam edir. Şəki müəllimləri bu il də öz peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyildir. Onların yetirmələri ötən tədris ilində bir çox nailiyyətlər əldə edib, ali məktəblərə qəbul imtahanlarında, respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, olimpiadalarda uğurlar qazanıblar.
Diqqətə çatdırılıb ki, Şəki təhsilinin əldə etdiyi uğurlar hər il olduğu kimi, bu il də dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla şəhər 10 nömrəli məktəbin müəllimi Nailə Şərifova “Əməkdar Müəllim” fəxri adına, şəhər 8 nömrəli məktəbin direktoru Səttar Ələsgərov isə “Tərəqqi” medalına layiq görülüb. Ümumiyyətlə, son illər rayonun 12 müəllimi “Əməkdar Müəllim” fəxri adına layiq görülüb, 6 müəllim “Tərəqqi” medalı ilə təltif olunub. Bundan əlavə, 6 məktəb “Ən yaxşı ümumtəhsil məktəbi”, 4 nəfər isə “Ən yaxşı müəllim” respublika müsabiqələrinin qalibi adını qazanıb.

Tədbirin sonunda rayonun qabaqcıl müəllimlərinə mükafatlar təqdim olunub.
Bayram tədbiri konsert proqramı ilə başa çatıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !