Məhşur karikatura ustası dünya turunda -

Məhşur karikatura ustası dünya turunda

Azərbaycanın tanınmış, məhşur karikatura ustası, yüzdən artıq mükafata layiq görülmüş, qırxdan çox beynəlxalq karikatura yarışmalarının münsiflər heyəti tərkibinə qatılmış Seyran Cəfərli bu yaxınlarda Kolumbiyada keçirilən 22-ci Beynəlxalq RENDONCARTOON karikatura yarışmasının münsiflər heyəti tərkibində iştirak etmişdir. Rionegro şəhər meri Hernan Ospina Sepulveda və Yarışma meneceri Fernando Picanın xüsusi dəvəti ilə festivala qatılan Seyran Cəfərli Rionegroda bir çox önəmli tədbirlərdə iştirak etmiş, fərqli ölkələrdən münsiflər heyəti tərkibində iştirak edən həmkarları ilə birgə fikir mübadiləsi aparmışdır. Təqdimetmə və açılış mərasimində çıxış edən Rionegro şəhər meri Hernan Ospina Sepulveda münsiflər heyətini salamlamış və qonaqları şəhər merliyi adından diplomla təltif etmişdir. Mərasimdə söz alan Seyran Cəfərli Azərbaycan ve Kolumbiya dövlətləri arasındakı mədəni əlaqələrin bundan sonra da inkişaf edəcəyini, hər iki ölkə sənətçilərinin birgə yaradıcılıq mübadiləsinin vacibliyini qeyd etməklə bərabər, rəhbəri olduğu Karikatura Xəbər Mərkəzi veb portalının xüsusi medalını karikaturanın inkişafındakı xidmətlərinə görə Rionegro şəhər meri Hernan Ospina Sepulvedaya ve yarışma meneceri Fernando Picaya təqdim etmişdir. 10 gün davam edən tədbirdə qonaqlar Rionegro Milli Universitetinə baş cəkmiş Rionegro şəhərinin bir çox görməli yerləri ilə yaxından tanış olmuşlar.
Xatirladaq ki, karikatura ustasının uğurları bununla bitmir. Belə ki, Seyran Cəfərli oktyabr ayında Kosovada və Çində keçirilən Beynəlxalq karikatura yarışmalarının da münsiflər heyəti tərkibinə dəvət almaişdir. O, bundan əlavə Serbiyada keçirilən anti-müharibə mövzulu Beynəlxalq karikatura yarışmasında İtalyanın Carrera şəhərinin xüsusi mükafatına layiq görülmüşdür.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !