Etika Akademiyasında Dəb dünyasından Ustad dərsi keçirildi -

Etika Akademiyasında Dəb dünyasından Ustad dərsi keçirildi

İş dünyasında ailədə, ictimaiyyətdə davranış qaydaları ilə bərabər geyim mədəniyyəti ilə bağlı görüş keçirildi. Akademiyaya Ustad dərsini keçmək üçün Paris və Rusiyada dəb evləri olan ən parlaq ulduzlara səhnə və gecə geyimlərini yaradan şərq üslublu kutirye Orxan Sultan dəvət edilmişdir. Kostyumun yaranma tarixi, brendlərin klassifikasiyası, uşaqlarda zövq hissinin formalaşması barədə tövsiyələr oldu.
Etika Akademiyasında özünü ifadə etmək qabiliyyətinə sahib olmağın ən incə sirləri açıqlandı. Tədbir zamanı işgüzar və gənc xanımlar ölkəmizdə mövcud olan müsbət və mənfi tendensiyalar barədə müzakirəyə qoşuldular. Gənc qızların, məktəbli yeniyetmələrin yüksək daban geyinməsi, bəzək əşyalarından istifadəsi və brend məhsulların daşınmasının mənfi tərəfləri müzakirə edildi.
Orxan Sultan sağlam dəb dünyasında rahatlığın və sağlamlığın öndə olduğunu vurğuladı. Gənc qızların yaşlarından daha böyük görünməsində valideynlərin məsuliyyətli olduqlarını söylədi. Gənc dəbbazlara tövsiyyə - pastel tonlarından daha çox istifadə etmək idi. Tədbir iştirakçıları moda tarixindən, dünyada baş verən geo-siyasi vəziyyətlərin dəbə təsirindən məlumat aldılar.
Etika Akademiyasının qonaqları siyahısında müğənni Tünzalə Ağayeva, modelyer-dizayner Gülnarə Xəlilova, bəstəkar Sevinc Ağasiyeva, televiziya aparıcısı Xədicə Sənanqızı idilər. Maraqlı müzakirədən sonra, Orxan Sultan milli kəlağayılarla son dəblə necə istifadə olunacağı barədə nümunələr göstərdi.
Tədbir furşet dəzgahı ilə sona çatdı. Belə silsilə tədbirlərin gələcəkdə mütəmadi və daha geniş auditoriya ilə həyata keçməyi planlaşdırılır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !