Azərbaycanlı diceylər dünya rekordunun qeydə alınmasında iştirak ediblər -

Azərbaycanlı diceylər dünya rekordunun qeydə alınmasında iştirak ediblər

DJ N.E.Z və DJ Twist iştirakıyla, Tokioda ən kütləvi skretç sessiyası keçdi.

 

iScratch Tokyo - Red Bull Thre3Style çempionatının dünya finalı çərçivəsində təşkil edilmiş skretç sessiyasıdır. 40 dicey, 40 ədəd avadanlıq, bir neçə günlük hazırlıqlar və komandada işləmək qabiliyyəti öz işini etdi.

İştirakçılar 10 komandaya bölünüb, hər biri öz çıxışını hazırladı və bütün komandaların işlərindən səkkiz dəqiqəlik miks alındı.

Red Bull Thre3Style versiyasına görə bu ilin Azərbaycan çempionu – DJ N.E.Z, həmçinin
Red Bull Thre3Style üzrə Azərbaycanın üçqat çempionu – DJ Twist dünyanın ən böyük skretç dairəsinin hissəsi oldular.

Sessiyada Red Bull Thre3Style çempionatının əvvəlki və bu ilki milli çempionları, həmçinin sənayenin görkəmli xadimləri DJ Qbert, D-Styles, DJ Shortkut, DJ Craze, Jazzy Jeff, DJ Kentaro, Z-Trip və
Skratch Bastid
iştirak ediblər.

 

                                                             ***

 

2010-cu ildən etibarən, hər il keçirilən Red Bull Thre3Style müsabiqəsi, dünyanın müxtəlif ölkələrindən ən güclü diceylərin, dünyanın ən yaxşı diceyi adı uğrunda mübarizə apardığları yarışdır. Keçən il Red Bull Thre3Style dünya finalını Bakı şəhəri qəbul edirdi. Red Bull Thre3Style əvvəlki dünya finalları Vankuverdə və Torontoda (Kanada), Çikaqoda (ABŞ) və Parisdə (Fransa) keçirilib.

Red Bull Thre3Style haqqında daha ətraflı məlumat tədbirin rəsmi saytında dərc olunmuşdur:                                                www.redbullthre3style.com

Natia: +995 5 77 55 00 33; natia.amiridze@ge.redbull.com
Nizami:+994 55 2015051; jalillinizami@gmail.com
 

 


*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !