Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc dirijoru qastrol səfərinə dəvət olunub -

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc dirijoru qastrol səfərinə dəvət olunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Əyyub Quliyev 20-25 oktyabr tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərinə qastrol səfərinə dəvət olunmuşdur. Ə.Quliyev Azərbaycan və Belarus Opera və Balet Teatrları arasında qarşılıqlı mədəni əməkdaşlıq haqqında bağlanmış Memoranduma uyğun olaraq oktyabrın 24-də Minsk Böyük Akademik Opera və Balet Teatrında P.İ.Çaykovskinin "İolanta" operasının tamaşasına dirijorluq edəcəkdir. Gənc dirijorumuzun idarə edəcəyi tamaşada Belarus teatrının ən istedadlı vokalçılarından olan Vokalçıların beynəlxalq müsabiqələrinin və Belarusun Dövlət mükafatı laureatları Eduard Martınyuk və Yelena Zolova baş rollarda çıxış edəcəklər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !