Tanınmış dünya brendi Hennessy 250-ci ildönümünü Bakıda qeyd edir - FOTO (Rüstəm İsmayılov - AZpress.AZ)

Tanınmış dünya brendi “Hennessy” 250-ci ildönümünü Bakıda qeyd edir FOTO (Rüstəm İsmayılov - AZpress.AZ)

Tanınmış dünya brendi “Hennessy” 250-ci ildönümünü Bakıda məşhur Azərbaycan rəssamı Rəşad Mehdiyevin fərdi yaradıcılıq sərgisi ilə qeyd edir.
AZpress.AZ xəbər verir ki, bu münasibətlə oktyabrın 27-də Müasir İncəsənət Muzeyində tanınmış rəssam, Rusiya İmperator Rəssamlıq Akademiyasının Fəxri Akademiki, təsviri sənət üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Rəşad Mehdiyevin fərdi sərgisi açılıb.
Tədbirdə “Hennessy” konyak evi barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2015-ci ilin mart ayından “Hennessy” onun tarixində əlamətdar hadisə hesab olunan 250-ci ildönümünü qeyd edir. Bu münasibətlə bir çox dünya ölkələrində “Hennessy” dünya turu keçirilib. Bu tur zəncirinin halqalarından biri də Bakıdır. Rəşad Mehdiyevin sərgisinin keçirilməsi konyak evinin sənət dünyası ilə tarixi bağlantısını simvolizə edir.
Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov çıxış edərək bildirib ki, sərgidə əsərləri müxtəlif ölkələrin şəxsi və dövlət kolleksiyalarını bəzəyən Rəşad Mehdiyevin konyak evinin tarixi və irsindən ilham alaraq yaratdığı yeni əsərləri, bir sıra qeyri-adi bədii əsərləri, heykəltəraşlıq nümunələri və instalyasiyaları nümayiş olunur. Bu tədbirdə iştirak edənlər “Hennessy” brendinin tarixi və irsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
“Hennessy” brendinin MDB ölkələri üzrə direktoru Julien İssenman bu tədbirin Bakıda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib. Vurğulayıb ki, “Hennessy”nin məhsulları Bakıya ilk dəfə təxminən yüz il əvvəl gətirilib. “Hennessy” evinin tarixi hər zaman sənət dünyası ilə sıx bağlı olub. “Hennessy” ailəsi həmişə sənətin inkişafını dəstəkləyib və bu gün bir çox görkəmli rəssam və dizaynerlər ilə əməkdaşlıq edir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov rəssamı təbrik edərək bildirib ki, o, həmişə öz ampulasında çıxış edir, metodunu dəyişmir, istədiyini və bacardığını əks etdirir.
Sonra türkiyəli opera müğənnisi Oya Ergün klassik musiqi nümunəsi ilə çıxış edib.
Daha sonra sərgiyə baxış olub.
Noyabrın 2-dək davam edəcək sərgidə R.Mehdiyevin yeni əsərləri, bir sıra qeyri-adi bədii əsərləri, heykəltəraşlıq nümunələri və instalyasiyaları nümayiş olunur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !