Rus Dram Teatrının "Qürur və qərəz" tamaşası növbəti dəfə nümayiş olunacaq -

Rus Dram Teatrının "Qürur və qərəz" tamaşası növbəti dəfə nümayiş olunacaq

Oktyabrın 30-da Rus Dram Teatrının səhnəsində rejissor İrqar Safatın Ceyn Ostinin romanı əsasında səhnələşdirdiyi "Qürur və qərəz" tamaşası növbəti dəfə oynanılacaq. Bu, teatrın ən çox bilet satılan tamaşasıdır.
Tamaşanın rəhbəri Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir. Tamaşada Azərbaycanın əməkdar artistləri Natalya Balıyeva, həmçinin teatrın artistləri İnna İmranova, Olqa Arsenteva, Mariya Duboviskaya və başqaları iştirak edirlər.
Onu da qeyd edək ki, bu günə qədər "ingilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin "Qürur və qərəz" romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
Bu əsər əsasında dünya kinematoqrafları onlarla film çəkiblər. Bu əsər həm də dünya teatrlarının əksərinin repertuarına daxildir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !