Gənc rəssamların Bir günəş adlı sərgisi açılıb - FOTO (Rüstəm İsmayılov - AZpress.AZ)

Gənc rəssamların “Bir günəş” adlı sərgisi açılıb FOTO (Rüstəm İsmayılov - AZpress.AZ)

“Art Villa” qalereyasında gənc rəssamların “Bir günəş” adlı sərgisi açılıb. Sərgi “Dünya rəssamlığı” incəsənət klubunun təşkilatçılığı, Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) və Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşıb.

 

AZpress.AZ  xəbər verir ki, tədbiri giriş sözü ilə “Dünya rəssamlığı” incəsənət klubunun rəhbəri Elşad İbrahimov açıb. O, sərginin adına diqqət çəkərək bildirib ki, günəş təbiətin ən böyük, əvəzolunmaz maddi xəzinəsi, eyni zamanda sənət aləmi üçün zəngin ilham qaynağıdır. Bu odlu kürə təbiət və insanlıq tarixinin başlanğıcı olmaqla yanaşı, bütün varlığı əbədi bir istiqamətə aparan qarşısıalınmaz qüvvədir.

 

Vurğulanıb ki, sərgini keçirməkdə məqsəd az tanınan gənc rəssamlara dəstək olmaq, onların mövzu üzrə çalışmaq bacarıqlarını üzə çıxarmaqdan ibarətdir. Sərgiyə 150 rəssam əl işlərini təqdim edib və onlardan 26 rəssamın hərəsinin bir əsəri nümayiş üçün seçilib.

 

Sonra iştirakçılar sərgi ilə tanış olublar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !