Türkiyəli müğənni Rafet El Romanın Bakı konsertinin vaxtı və yeri dəyişdirilib -

Türkiyəli müğənni Rafet El Romanın Bakı konsertinin vaxtı və yeri dəyişdirilib

AZpress.AZ – ın məlumatına görə, dekabrın 27-də nəzərdə tutulan konsert 29-da Bakı Əyləncə Mərkəzində keçiriləcək.

Gecənin təşkilatçısı Nahid Emiloğlu əməkdaşımızla söhbətində bunun səbəblərini açıqlayıb:

“Konserti “Elektra Music Hall”da nəzərdə tutmuşduq. Bura klub olduğundan insanlardan etirazlar gəldi. Rafetin konsertinə gəlmək istəyən ailəli cütlüklər çoxdur. Onlar bizə zəng edib, xanımları ilə kluba gələ bilməyəcəklərini deyirdi. Biz də narazıçılıqları nəzərə alıb, belə bir dəyişiklik etdik. Bilet alanlar narahat olmasın. Biletləri "Bakı Əyləncə Mərkəzi"ndə də keçərlidir”.

Türkiyəli ifaçı Bakıya böyük orkestrı ilə birlikdə gələcək. O, gecədə sevilən mahnıları ilə yanaşı yeni bəstələr də səsləndirəcək.

 

Konsertə biletlərin qiyməti 40 manatadır. VİP yerlər üçün isə biletlərin qiyməti 200 manata nəzərdə tutulub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !