Xəzər Universitetində "Tələbələrin arxeoloji qazıntılara cəlb olunması nə vəd edir?" mövzusunda seminar keçirilib - FOTO

Xəzər Universitetində "Tələbələrin arxeoloji qazıntılara cəlb olunması nə vəd edir?" mövzusunda seminar keçirilib FOTO

Noyabrın 28-də Xəzər Universitetində "Tələbələrin arxeoloji qazıntılara cəlb olunması nə vəd edir?" mövzusunda seminar keçirilib. Seminarın təşkilatçıları Xəzər Universitetinin Tarix Departamenti və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir. Seminarda Xəzər Universitetinin tələbə və müəllim heyəti, eləcə də MİRAS İctimai Birliyinin üzvləri qatılmışlar.
Seminarı Xəzər Universiteti Tarix Departamentinin müdiri, professor Roza Arazova açaraq Xəzər Universitetinin MİRAS İctimai Birliyi ilə əməkdaşlığından, universitetdə keçirilən seminar və konfranslardan, tələbələrin ekspedisiya və düşərgələrə qoşulmasından danışıb. Gələcəkdə Ağsu arxeoloji ekspedisiyasına tələbələrin daha çox cəlb olunmasını arzuladıqlarını deyib.
MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli əvvəlcə Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlardan, bərpa və konservasiya işlərindən, arxeoloji turizm və tələbələrin qazıntılara cəlb olunması yollarından bəhs edib. Daha sonra Xəzər Universitetinin tələbələrinin də qatıldığı Mehrəvan qalasında aparılan arxeoloji tədqiqatlardan, Qafqaz Albaniyası şəhər mədəniyyətindən danışıb. O, tələbələrin arxeoloji tədqiqatlara qatılmasının əhəmiyyətini, onlarda vətənpərvərlik və varislik hisslərinin artmasını, gələcək üçün ixtisaslı kadrların yetişməsini vurğulayıb. Tələbələri arxeoloji tədqiqatlara qoşulmağa, fəal olmağa səsləyib.
MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvü, professor Kübra Əliyeva ermənilərin tarix və arxeologiyaya verdiyi önəmi misallarla göstərib, gəncləri bu sahədə ixtisaslı kadrlar kimi yetişməyə, biliklərini artırmağa çağırıb.
Ağsu arxeoloji ekspedisiyasının üzvü Elmira Abbasova çöl şəraitində işləməyin çətinliyini anlayan qadınların bu sahəyə diqqətinin azlığını vurğulayıb. Amma xaricdə, xüsusilə Avropada qadınların arxeologiya sahəsində daha irəli getdiklərini və dünyanın müxtəlif yerlərində çalışdıqlarını deyib.
Xəzər Universitetinin arxeoloji tədqiqatlarda iştirak edən tələbələri - Vüsal Həsənov və Bəbir Mədətov Mehrəvan qalasında tədqiqat zamanı gördüklərini, əldə etdikləri təcrübəni və gündəlik fəaliyyətlərini tələbələrlə bölüşüblər.
Xəzər Universitetinin II YOCOCU Ağsu məktəbində iştirak etmiş tələbələri - Vahid Həsənov, Vəcah Şükürova və Sənan Qurbanov isə həmin kursda əldə etdikləri təcrübəni gənclərlə bölüşüblər, nanomateriallarla bərpa üsulları, metal əşyaların konservasiyası və mədəni irs layihələrinin SWOT analizindən danışıblar.
Sonda MİRAS İctimai Birliyinin nəşrləri Xəzər Universitetinin kitabxanasına hədiyyə olunub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !