Tələbə-aktyor Musiqili Teatrda baş rolda oynayacaq -

Tələbə-aktyor Musiqili Teatrda baş rolda oynayacaq

Azərbaycan Dövlət Musiqili Teatrında məşqləri davam edən Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” komediyasında baş rolu tələbə-aktyor canlandıracaq. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Baladadaş obrazının ifaçısı Əmrah Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” fakültəsinin 4-cü kurs tələbəsidir. Universitetdə və Tədris Teatrındakı tamaşalarda istedadı və fəallığı ilə fərqlənən Ə. Dadaşovu bu rola teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayev dəvət edib. “Əmrah Dadaşovu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mənim rejissor kursumun hazırladığı “Leyli və Məcnun” tamaşasında gördüm. Əmrah orda Məcnun obrazında oynayırdı. İlk baxışdan öz oyunu, istedadı ilə diqqətimi çəkdi və nəticədə Musiqili Teatra dəvət etdim. Təsadüf elə gətirdi ki, “Baladadaşın toy hamamı” tamaşasına hazırlaşan Xalq artisti Cənnət xanım Səlimova da onu bəyəndi və Baladadaş obrazını ona həvalə etdi. Ümid edirəm ki, o bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ biləcək”, - deyə Əliqismət Lalayev bildirib.
Əmrah Dadaşov ilk dəfə böyük səhnədə baş obrazı canlandırmaq fürsətini özü üçün böyük bir şans kimi dəyərləndirib. “Xalq yazıçısı Elçin kimi böyük bir dramaturqun əsərində baş rolda, Xalq artisti Cənnət xanım Səlimova kimi bənzərsiz bir rejissorla işləmək sözün həqiqi mənasında əsl xoşbəxtlik və özümü təsdiq etmək üçün az-az ələ düşən bir şansdır. Bu mənim böyük səhnədə debütum olacaq. Mənə bu şəraiti yaratmış hər kəsə təşəkkürümü bildirirəm. Və söz verirəm ki, bütün istedadımla çalışıb teatr rəhbərliyinin etimadını doğruldacağam”, - deyə Əmrah Dadaşov söyləyib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !