NİGAR USUBOVA-100 -

NİGAR USUBOVA-100

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq namizədi, professor, gözəl pianoçu və müəllim Nigar İbrahim qızı Usubova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) uzun illər dərs deyərək, musiqi təhsilinin inkişafı üçün mühüm işlər görmüş, Azərbaycan pianoçuluq məktəbinə öz üslubunu və dəst-xəttini gətirmişdir. Musiqi pedaqogikasının əfsanəvi şəxsiyyəti A.B.Qoldenveyzerin məktəbini keçərək, Azərbaycan Dövlət Konservatoriyasında prorektor vəzifəsində daim maarifçilik işləri apararaq, pedaqoji və metodik məsələlərin düzgün istiqamətlənməsinə təkan vermişdir. Nigar xanım bütün fəaliyyəti boyu bir çox ifaçılar yetişdirməklə yüksək professional pianoçuluq məktəbini yaratmışdır. Onun tələbələri sırasında xalq şairi, dramaturq Vaqif Səmədoğlu, xalq Artisti, professor Yeganə Axundova, BMA-nın professorları İrina Nəcəfəliyeva, Zemfira Şəfiyeva, Firəngiz Hacıyeva, Elmira Musayeva,Аtatürk Üniversitesinin (Türkiyə) Güzel Sanatlar fakültəsinin professoru Həqiqət Məhərrəmova, Harran Üniversitesi Devlet Konservatoriyasının (Türkiyə) dosenti Əfqan Salayev, fəlsəfə elmləri doktoru Dilarə Müslümzadə, ədəbiyyat üzrə beynəlxalq mükafatlar laureatı Natavan Mustafayeva, Mədinə Cəbrayılova, və başqaların adlarını çəkmək olar.

 

18 Dekabr saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, sənətşünaslıq namizədi, professor Nigar Usubovanın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcəkdir.