ADMİU-da Arxeoloji abidələrin idarə edilməsi mövzusunda seminar keçirilib - FOTO

ADMİU-da “Arxeoloji abidələrin idarə edilməsi” mövzusunda seminar keçirilib FOTO


Dekabrın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Arxeoloji abidələrin idarə edilməsi” mövzusunda seminar keçirilib. Seminarı ADMİU-nun müəllim və tələbələri dinləyiblər.
Seminarı Kulturologiya fakultəsinin dekanı Vasif Adilov açaraq MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlillini auditoriyaya təqdim edib. Bildirib ki, oktyabr ayının sonunda ADMİU-nun müəllim və tələbələri arxeoloji abidələrin idarə olunmasında nümunə olan Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində olublar, beynəlxalq bərpa və konservasiya kursunda iştirak ediblər.
Seminarda əsasən arxeoloji abidələrin qorunması və idarə olunmasından danışan Fariz Xəlilli Ağsu rayonunda arxeoloji tədqiqatlar aparılmış antik və ilk orta əsrlərə aid Nərgizava qəbiristanlığı, ilk orta əsrlər Mehrəvan şəhər yeri, son orta əsrlərin paytaxt şəhəri Ağsu abidəsi haqqında qısa məlumat verib. O, qeyd edib ki, arxeoloji abidələrin qorunmasında dövlət, bələdiyyə, ictimai, özəl qurumlar və akademik tədqiqatçılarla yanaşı yerli əhali də önəmli rol oynayır. Bu mənada konstitusiyamızda mədəniyyət hüququ adı altında təsbit olunan mədəni irsin qorunması hər bir vətəndaşın nəinki məsuliyyətini müəyyən edir, eləcə də əxlaq məsələsidir. Orta əsr Ağsu şəhərinin qorunmasında və idarə olunmasındakı meyarları açıqlayan Fariz Xəlilli bu təcrübəni 2014-cü ildə Avropa Arxeoloqları Asossasiyasında bölüşdüklərini və arxeoloji turizmin inkişafında dünyada baş verən yenilikləri tətbiq etdiklərini qeyd edib. O, ADMİU-nun muzeyşünaslıq və abidələrin bərpası ixtisası alan tələbələrini Orta əsr Ağsu şəhərində təcrübə keçməyə dəvət edib.
Seminarı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh xanım Əliyeva dinləyib, tövsiyyələrini verib, universitetlə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi arasında bağlanan "Akademik Əməkdaşlıq Protokolu"nu xatırladıb.
Seminarda tələbələri maraqlandıran suallara cavablar da verilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !