Müğənni-bəstəkar Ceyhun Əliyev Yeni il əhval-ruhiyyəli fotolar çəkdirib - FOTO

Müğənni-bəstəkar Ceyhun Əliyev Yeni il əhval-ruhiyyəli fotolar çəkdirib FOTO

“Qala” qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Əliyev Yeni il əhval-ruhiyyəli fotolar çəkdirib. Fotoda ilk diqqət çəkən məqam müğənnini izləyən üç tuzdur. Səbəbsiz olmayan bu görüntünün mənasını  müğənni özü bəlli edib:

“Üç tuz həyatımdakı önəmli məqamalrın göstəricidir. Bu uğuru 2006-ci ildən, “Qala” qrupunun fəaliyyəti ilə başlamaq istəyirəm. Həm Ceyhun “Qala”sız, həm “Qala” Ceyhunsuz səslənmir. Bunun ardınca, yüz  ölçüb, bir biçib evlilik qərarı verdim. Çox şükür, uğurlu alındı. Üçüncü tuzu övladımın dünyaya gəlişi  tamamladı”. 

C.Əliyev ailəsini sevdiyi qədər, onlara qarşı mühafizəkarlıq da göstərir. Övladının və həyat yoldaşının  ekrana çıxmasını istəməyən Ceyhun bəy bunları dedi: “Kim ailəsini göstərir, şəxsi işidi. Amam mən bunu düşünmürəm. Xarakterimdə yoxdur. Dostlar arasında birgə görünürük, bu bizə bəs edir. Ümumiyyətlə, münasibətlərimizi tarazlamışıq. Aiıə qurana kimi bir-birimizi yaxından tanıdıq. Mən bilirdim ki, kimin nəslindən qız alıram, həyat yoldaşımda bilirdi ki,müğənni ilə ailə qurur. Ona görə də, tərəddüdlərimiz yoxdu”. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !