Nurlan Tahirlinin "Yol ayrımında foto-sərgisinin təqdimat mərasimi keçirilib - FOTO

Nurlan Tahirlinin "Yol ayrımında” foto-sərgisinin təqdimat mərasimi keçirilib FOTO

Türkiyənin Didim Ticarət Palatasının Mədəniyyət Mərkəzində Didim Halk Oyunları G.S.K dərnəyinin təşkilatçılığı ilə gənc, istedadlı fotoqraf Nurlan Tahirlinin "Yol ayrımında” foto-sərgisinin təqdimat mərasimi keçirilib. İlk dəfə 2015-ci ildə Bakıda keçirilən "Yolayrıcında” sərgisinin davamı olaraq keçirilən bu sərgidə kolleksiyaya bir neçə yeni əsər və interaktiv panoramalar əlavə olunaraq sərgilənmişdir. Tədbirdə giriş sözü ilə çıxış edən Didim Halk Oyunları G.S.K dərnəyi başçışı Arif Çolak açılış mərasiminin rəmzi olan qırmızı lenti kəsmək üçün Didim qubernatoru vəkili Mehmet Arabacını dəvət etmişdir. Sözü alan gənc qubernator sərgiyə xeyir-dualarını bildirərək, bunun davamlı olmasını arzu etmiş və lenti kəsərək sərgini açıq elan etmişdir. Daha sonra qubernator digər qonaqlarla bərabər sərgilənən şəkillərlə maraqlanaraq Nurlan Tahirlidən hər biri haqda məlumat almış, təəssüratlarını bölüşmüşdür. Tədbirdə iştirak edən Didim Əsnaf və Sənətkarlar palatasının sədri Yaşar Tektaş, Didim Əsnaf Kredit Zəmanət Kooperasiyasının sədri Ali İhsan Kubaliç, Didim Ticarət Palatası idarə heyətinin sədri Şaban Üstündağ, palatanın məclis sədri Hilmi Yıldırım və palatanın üzvləri, Ak Parti bölgə sədri, Didim Bələdiyyəsinin məclis üzvləri, Ak Parti Gənclik Qolları sədri, habelə eks bələdiyyə başçısı, DAHOT Didim Xalq Oyunları Gənclik və Spor Klubu başçısı, Didim Fotoqraflar Klubunun üzvləri və medya nümayəndələri də qonaqlar arasında idilər. Tədbirin sonunda yekun sözü ilə çıxış edən Didim Ticarət Palatasının məclis sədri Hilmi Yıldırım Türkiyə-Azərbaycan dostluğunun əhəmiyyətindən danışaraq bu sərginin Didimdə keçirilmiş olmasından məmnunluğunu bildirmiş və bu əlaqələrin gələcəkdə daha da genişlənməsini və sıx olmasını arzu etdiyini vurğulamışdır. Sonda istedadlı fotoqrafa xatirə plaketi və gül dəstəsi təqdim edilmişdir. Nurlan Tahirli öz növbəsində tədbirə gələn hər kəsə minnətdarlığını səsləndirmiş, türk qardaşlarımızın onu belə isti qarşılamasından sonsuz məmnun olduğunu və sərginin təşkil olunmasında böyük zəhməti olan Didim Xalq Oyunları dərnəyinin sədri Arif Çolaka xüsusi təşəkkürlərini bildirmişdir. Qeyd edək ki, Nurlan Tahirli, Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi fakültəsinin türk dili bölməsinin, Türkiyənin Sakarya Dövlət Universitetinin marketinq ixtisası üzrə magistraturasının məzunudur. Türkiyədə birillik fotoqrafiya kursunda təhsil almışdır . 2012-ci ildən beynəlxalq sərgilərə qatılır. Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !