Patrik Züskindin "Kontrabas əsəri əsasında bir hissəli monotamaşa - FOTO ( AZpress.AZ - Nəriman İsmayılov)

Patrik Züskindin "Kontrabas” əsəri əsasında bir hissəli monotamaşa FOTO ( AZpress.AZ - Nəriman İsmayılov)

Patrik Züskind’in “Kontrabas” əsəri əsasında bir hissəli monotamaşa.

Rejissor: Elvin Adıgözəl

İfa edir: Nofəl Şahmaroğlu

 

35 yaşlı dövlət musiqi orkestrinin kontrabasçısı öz həyatından, uşaqlığından, gizli sevgisindən danışır. O, özünü çox tənha və bədbəxt hiss edir. Amma gizlətdiyi nələrsə var... Bəlkə də heç vaxt, heç kimə demədiyi sirlər əslində onun həyat faciəsinin baiskarıdır.

YARAT Müasir İncəsənət Mərkəzinin səhnəsində göstəriləcək tamaşa Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə 5 ay ərzində hazırlanıb.

Elvin Adıgözəl 18 noyabr 1989-cu ildə Azərbaycanın Goranboy rayonunda dünyaya gəlib. Uşaqlığından başlayan kino sevgisi onu 2005-ci ildə paytaxt Bakıya gətirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aldığı təhsillə kifayətlənməyərək, Bakı Kamera Teatrı nəzdində aktyorluq kurslarına da yazılır. Bir çox teatr sənətçilərindən dərs alır. 2008-ci ildə işdən kənar pul qazanmaq üçün çalışdığı televiziya kanalının avadanlığı hesabına ilk qısa filmlərini çəkməyə başlayır. 
2009-cu ildə çəkdiyi “Dönüş” filmi onu dünya kinosunda azad produsserliklə məşğul olan məşhur Qiyom De Siel (Guillaume De Seille) ilə tanış etdi. Sonra “Buqələmun” adlı film çəkir. “Buqələmun” filmi 2013-cü ildə Azərbaycan kino sənəti tarixində ilk dəfə LOCARNO beynəlxalq film festivalının yarışma siyahısına daxil olur. Həmin film 10-na yaxın nüfuzlu festivallarda nümayiş olunub. Son olaraq Berlin festivalinin Talant Campus bolmesinde , Sarayevo film festivalında kinosu ilə iştirak edib. Teatr sahəsində 2011 - ci ildə Yuğda "N.Qoqolun" Bir Dəlinin xatirə dəftəri adlı tamaşanı hazırlayıb və oynayıb.Eyni zamanda 2015 - ci ildə Berlindeki Theatretreffen festivalında xüsusi teatr eksperti kimi iştirak edib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !