Fəxrəddin Manafov Rus Dram Teatrının səhnəsində sevgi dərsləri verəcək -

Fəxrəddin Manafov Rus Dram Teatrının səhnəsində sevgi dərsləri verəcək

Rus Dram Teatrında Kazanova: Sevgi dərsləri tamaşası hazırlanır. Aprel ayında Səməd Vurğun adına Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri" tamaşasının premyerası olacaq. Əsərin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.

Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Azərbaycanın xalq artisti Fəxrəddin Manafov ifa edəcək.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev çıxış edəcək.

Digər obrazları Rus Dram Teatrının aktyorları Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodskiy, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva ifa edəcək.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !