Rus Dram Teatrında Elçinin "Artist" əsəri hazırlanır -

Rus Dram Teatrında Elçinin "Artist" əsəri hazırlanır

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında yazıçı Elçinin "Artist" əsərinin məşqləri başlayıb.

Əsərə teatrın rejissoru xalq artisti İranə Tağızadə quruluş verib. Hazırda məşqləri gedən tamaşanın premyerası mayda olacaq. Tamaşa Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinskinin həyatı və sənət yolundan bəhs edir.

Rus Dram Teatrının səhnəsində hazırlanan tamaşada baş rolu - Hüseyn Ərəblinski obrazını Firdovsi Atakişiyev canlandıracaq.

Yeni tamaşanın səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını əməkdar mədəniyyət işçisi Vladimir Neverov hazırlayıb, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.

Tamaşada əsas rolları xalq artisti Yuri Baliyev, əməkdar artistlər Firdovsi Atakişiyev, Ayan Mir-Qasımova, Əsgər Rəhimov, Elmira Aslanova ifa edir.

Digər obrazları Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin, Elşad Murtuzov, Yaroslav Trifonov, Tamilla Abutalıbova, Yaqub Zeynalov, Nazim Cabbarov, Zaur İsgəndərov, Fərid Bəhramov, İbrahim Məmmədov, Boris Brodski, İosif Tkaç ifa edəcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !