Şəki şəhərində Türk xalqlarının müasir ədəbiyyatı mövzusunda kitab sərgisi və Şəkinin mədəni irsinə həsr edilmiş Məftun edən şəhər adlı kitabın təqdimatı keçiriləcəkdir -

Şəki şəhərində “Türk xalqlarının müasir ədəbiyyatı” mövzusunda kitab sərgisi və Şəkinin mədəni irsinə həsr edilmiş “Məftun edən şəhər” adlı kitabın təqdimatı keçiriləcəkdir

Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planına əsasən 29 fevral 2016-cı tarixində Şəki şəhərində “Türk xalqlarının müasir ədəbiyyatı” mövzusunda kitab sərgisi və Şəkinin mədəni irsinə həsr edilmiş “Məftun edən şəhər” adlı kitabın təqdimatı keçiriləcəkdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi sərgi Şəki Dövlət Dram Teatrında baş tutacaq.

Xatırladaq ki, Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmişdir. Mədəniyyət Paytaxtı çərçivəsində il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !