"Qala" Ceyhundan "8 gül" fotosessiyası - FOTO

"Qala" Ceyhundan "8 gül" fotosessiyası FOTO

"Qala" qrupunun rəhbəri Ceyhun Əliyev qadınları özəl günündə diqqətdən kənarda qoymayıb.

AZpress.AZ xəbər verir ki, onun "8 gül" adlandırdığı fotosessiyası məhz xanımların 8 Mart Qadınlar Bayramına həsr edilib. Zəif cinsin nümayəndələrinin zövqünü nəzərə alan C.Əliyev 8 güllə ayrı-ayrılıqda foto çəkdirib. Müğənni düşünür ki, hər bir xanım bu fotolarda öz payını götürəcək:

"Hər gülü öz sevəni var. Qızılgül demək olar ki, sevgi rəmzidir, çobanyastığını gənc qızlar "sevir-sevmir" nəzərindən yanaşırlar, ağ qızılgül dostluğa ithaf olunur və s. Vacib deyil bu gün xanımlara bahalı hədiyyə alınmalıdır. Onların könlünü bir güllə də xoş edə bilərik. Əsas odur ki, biz kişilər diqqətimizi xanımlardan əsirgəməməliyik".

Sözünün davamında onu sənətçi kimi sevən böyük dinləyici ordusunun olduğunu diqqətə çatdıran C.Əliyev bunları qeyd edir:

"Onların hər birinə gül təqdim etmək üçün gərək böyük gül mağazasına sahib olum. Bu layihəni analarımızın, bacılarımızın timsalında məni sevən bütün xanımlara, eyni zamanda mətbuatda və televiziyada çalışan xanımlara həsr edirəm. Yaxşı ki varsınız!".

Qeyd edək ki, layihənin prodüseri Kazım Sübhan, fotoqrafı Kamran Aydınovdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !