II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı -

II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı

Tərəkəmə Çərşənbəsi türk obalarının Axır çərşənbə günü ev heyvanlarını iki odun arasından keçirməsi hadisəsidir. Azərbaycanın bir çox obalarında bu hadisənin təzahürləri görünsə də ən yaxşı şəkildə Şirvan bölgəsinin oğuz türk obalarından olan Axtaçı obasına məxsus Ağsu rayonu Gəgəli kəndində qalmışdır. Hər il Tərəkəmə Çərşənbəsi günü kənd sakinləri səhərə qədər oturur, yatmır, səhər də obaşdan heyvanları iki tonqalın arasından keçirirlər. Az yazılsa, az öyrənilsə də dünyada tanıdılması üçün yeni fəaliyyətlər başlanmış, MİRAS İctimai Birliyi ilk dəfə 2011-ci ildə film çəkmiş, 2015-ci ildən isə Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirir. Hədəf gələcəkdə multikultural dəyərlərin yaşayan və yaşadılan örnəyi kimi Tərəkəmə Çərşənbəsi ənənəsini UNESCO-nun qeyri-maddi mədəni irs ilkin siyahısına daxil edilməsinə nail olmaqdır.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Ağsu rayonunun Gəgəli kəndində yerləşən Sarılı şirkəti və Heritage Travel hər il olduğu kimi bu il də axır çərşənbə günündə (14-16 mart) II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalını keçirməyi planlaşdırır. 2 gecə 3 gün ərzində Ağsu rayonunun Gəgəli kəndində baş tutacaq 2016-cı il Multikulturalizm ilinə özəl və ictimai sektorun dəstəyini də göstərən bu festivalda müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələri, axır çərşənbə tonqalları və heyvanların tonqallardan keçirilməsini izləmək, Ağsu turuna qatılmaq, kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkündür.
MİRAS İctimai Birliyi arxeoloji və inklüziv turizm layihələrində olduğu kimi yerli adət-ənənələrin təqdimatı və festivallar yolu ilə kənd turizminin inkişafına da nail olmaq niyyətindədir. Festival zamanı yerli sakinlər evlərini turistlərə kirayə vermək, kənd məhsulları ilə yerli mətbəxi təqdim etmək, xalça, palaz, kənd təsərrüfatı məhsullarını yarmarkalara çıxarmaq imkanı əldə edir. Festivalın canlı keçməsi və qarşımızdakı məqsədə nail olmaq üçün Sizin hərtərəfli dəstəyinizə ehtiyacımız vardır. Ümid edirik ki, multikultural dəyərlərin yaşayan və yaşadılan örnəyi kimi Tərəkəmə Çərşənbəsi ənənəsinin təbliğinə dəstəyinizi əsirgəməyəcəksiniz. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !