Baladadaşın toy hamamı iki hissəli musiqili lirik komediyanın premyerası olub - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov)

“Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyanın premyerası olub FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov)

10 mart - Milli Teatr Günündə Azərbaycan Dövlət Musiqili Teatrında bu ilin növbəti premyerası təqdim olunub. Belə ki, milli teatrın yaranmasının 143-cü ildönümündə Xalq Yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediya nümayiş edilib.

AZpress xəbər verir ki, təqdimatdan əvvəl çıxış edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bütün teatr ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, hər bir premyera teatrda həm də növbəti bayram deməkdir.

“Baladadaşın toy hamamı” əsərinin premyerası 3 gün nəzərdə tutulub və ilk nümayiş məhz bu gün baş tutacaq. Tamaşada teatrla kino sintez edilib. Eyni zamanda adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti ustalıqla əks olunub. Var-dövlətin insanın mənəvi zənginliyinin yanında bir heç olması, dünyanın faniliyi, saf, pak sevgi haqqında olan bu lirik əsər inanıram ki, tamaşaçıların böyük marağına səbəb olacaq”, - deyə Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar Artist Nofəl Vəliyev, quruluşçu dirijoru Fəxrəddin Atayevdir. Tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev və başqaları ifa ediblər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !