Musiqili Teatrda 3 gün uğurlu premyera - FOTO

Musiqili Teatrda 3 gün uğurlu premyera FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında üç gün - 10, 11, 12 mart tarixlərində uğurlu premyera keçirilib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyadan gedir. Əlamətdar məqamlardan biri də odur ki, ilk premyera günü Azərbaycan teatr ictimaiyyətinin bayramına – 10 Mart Milli Teatr Gününə təsadüf edib. Üç gün ərzində baş tutan premyera böyük uğur və anşlaqla keçib. 12 mart tarixində tamaşanı əsərin müəllifi Xalq yazıçısı Elçin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə yanaşı bir sıra mötəbər və rəsmi qonaqlar, ölkənin tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət adamları izləyiblər. Xalq yazıçısı Elçin, Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə tamaşadan razı qaldıqlarını bildiriblər. “İstər rejissor yozumu, istərsə də aktyor oyunu çox yaxşı idi. Bakı kəndlərinin özünəməxsus koloriti, adət və ənənələri məharətlə təsvir olunub. Situasiyadan, hadisələrdən doğan incə yumor tamaşaçıda xoş əhval-ruhiyyə yaradır”, - deyə qonaqlar tamaşa haqqında təəssüratlarını bölüşərkən söyləyiblər.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Elçin İmanov, Rahib Məmmədov və başqaları ifa edirlər.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !