Musiqili Teatrın kimsəsizlərə Novruz təbriki - FOTO

Musiqili Teatrın kimsəsizlərə Novruz təbriki FOTO

Azərbaycan Dövlət Musiqili Teatrı Novruz Bayramı münasibəti ilə “Azərbaycan uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramı ilə çıxış edib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, musiqili-əyləncəli tədbir teatrın hazırladığı “Novruz” Sosial Proqramları çərçivəsində baş tutub. Əməkdar artist Novruz Qartal, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Gülnarə Kərimbəyova və başqalarının ifasında Dövlət Musiqili Teatrının repertuarındakı müxtəlif tamaşalardan parcalar, yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Tamaşaçılarla canlı ünsiyyət yaradan teatrın kollektivi təşkil etdikləri oyunlar, bir-birindən maraqlı səhnəcik və musiqi nömrələriylə “Azərbaycan uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində məskunlaşan balacalara unudulmaz anlar yaşadıblar. Bahar Qız dünyadakı bütün uşaqları Novruz Bayramı münasibətilə təbrik edib. Sonda bayram şamları yandırılıb və tədbir Baharın və Novruzun rəmzi sayılan səməninin dövrəsində oynanılan “Yallı” rəqsi ilə yekunlaşdırılıb.
“Musiqili Teatrın kollektivi bundan sonrada bu mərkəzdə məskunlaşan uşaqlarla əlaqələrini davam etdirəcək”, - deyə teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib.
Qeyd edək ki, “Azərbaycan uşaqları” İctimai Birliyi 1992-ci ildə uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsi məqsədilə yaradılıb. 2010-cu ildə təşkilatın nəzdində 24 saat ərzində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi açılıb. Mərkəzdə insan alverinin, məişət zorakılığının qurbanı olan və ya potensial qurban olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası həyata keçirilir. Küçədə yaşayan, kimsəsiz, baxımsız və s. bu qəbildən olan uşaqlara sosial, psixoloji, hüquqi yardım göstərilir, onlar sığınacaq, geyim, təhsil, qida və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı zəruri xidmətlərlə təmin edilir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !