Elxan Yaqubov: - Bizim məqsədimiz budur ki, xəstələri tam sağaltmaqla həmin uzunömürlülüyü Azərbaycanda bərpa edək”

Elxan Yaqubov: Bizim məqsədimiz budur ki, xəstələri tam sağaltmaqla həmin uzunömürlülüyü Azərbaycanda bərpa edək”

Əsası 2009-cu ildə dəyərli ziyalı, yüksək vətənpərvər insan olan Elxan Ənvər oğlu Yaqubov tərəfindən qoyulan Bioloji Təbabət Klinikası bu gün insanların ən çox müraciət etdiyi özəl tibb müəssisəsindən biridir. Klinika Azərbaycanda yeganə tibb müəssisəsidir ki, Almaniyada istehsal olunan bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparılması sahəsində ixtisaslaşıb və kimyəvi dərmanları, o cümlədən antibiotikləri tam istisna edib. Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları ilə təchiz olunub. Burada çalışan həkimlər öz ixtisaslarını artırmaq üçün Almaniyada kurslarda olurlar. Almaniyanın və dünyanın bir sıra tanınmış həkimləri də müntəzəm olaraq Azərbaycana gələrək, bu Klinikada yerli həkimlər üçün elmi seminarlar və treninqlər təşkil edir, onlara mühazirələr oxuyur, xəstə qəbulunu həyata keçirirlər. Eləcə də Azərbaycanın taınmış həkimləri də burada mühazirələr oxuyurlar. Buna misal olaraq, hər həftənin şənbə günləri Azərbaycan Tibb Universitetinin Patofizologiya kafedrasının professoru Məmməd Əliyev Bioloji Təbabət Klinikasının həkimlərinə Patofiziologiya mövzusunda mühazirələr keçir. Bunun da məqsədi bioloji tənzimləyici terapiyanın təsir mexanizminin öyrənilməsini təmin etməkdir.


Müsahibim Bioloji Təbabət Klinikasının yaradıcısı və təsisçi direktoru Elxan Ənvər oğlu Yaqubovdur.


-Elxan müəllim, sizin Bioloji Təbabət Klinikasını təsis etməniz hansı zərurətdən yarandı?
- “Planeta” apteklərində biz gördük ki, Almaniyanın Heel Firmasının preparatlarına çox böyük ehtiyac var. Həm də xəstələrin sağalmasında bunların böyük effekti olurdu. Sonra biz Heel Firmasına müraciət edib onlarla müqavilə bağladıq ki, orada olan Bioloji Təbabət və Biotənzimləyici Təbabət Cəmiyyəti ilə yaxından tanış olaq, onların gördüyü işləri öyrənək. Onlar da bizə məsləhət gördülər ki, “əgər siz də bioloji təbabəti Azərbaycanda yaysanız, bunun insanların sağlamlığına böyük xeyri dəyə bilər”.
Beləliklə də, 2009-cu ildən Bakı şəhərində 3-cü mikrayonda, Memar Əcəmi metrosunun yaxınlığında S. C. Pişəvari küçəsi 110-da yerləşən bax bu 5 mərtəbəli klinikanı yaratdıq. Klinikaya bioloji təbabəti dərindən bilən və bu sahə üzrə kurs keçmiş həkimləri işə götürdük. Bura xarici ölkələrdən Avropa standartlarına cavab verən tibbi avadanlıqlar gətirdik. Həkimlərimiz bu avadanlıqlarla işləmək qaydalarını xaricdən dəvət etdiyimiz mütəxəssislərdən mükəmməl öyrəndilər.


-Sizdə olan tibbi avadanlıqların çoxu nə dövlət, nə də başqa özəl klinikalarda yoxdur. Bəs bunları necə əldə etdiniz?
- Həkimə xəstənin “daxilindəki” xəstəlikləri görmək üçün yüksək səviyyəli, müasir diaqnostik aparatlar, yüksək dəqiqliklə işləyən laboratoriya lazımdır ki, həkim bu aparatlar vasitəsi ilə xəstəyə düzgün diaqnoz qoya bilsin. Biz də bunları bildiyimizə görə klinikaya Avropa standartlarına cavab verən aparatlar gətirdik. Yüksək səviyyəli laboratoriya yaratdıq. Bizdə elə müayinə üsulları var ki, bir damla qanı qaranlıq sahəli mikraskopda analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında tam məlumat ala bilirik. Hansı ki, bu məlumatları Azərbaycanda heç bir başqa laboratoriyada analiz etmək olmur.


-Bu klinika yaranandan dünyanın məşhur həkimlərini respublikamıza gətirməklə Azərbaycanda pulsuz seminarlar, mühazirələr təşkil etməklə minlərlə azərbaycanlı həkimləri də bura dəvət etmisiniz. Bu tədbirlərdə iştirak edən azərbaycanlı həkimlər artıq bioloji təbabətlə xəstələri necə sağaltmağın yollarını da öyrəniblər. Əlbəttə, sizin tərəfinizdən bu çox xeyirxah bir işdir. Bu vaxta qədər belə seminar və mühazirələrdə nə qədər həkim iştirak edib və sertifikat alıb?
- Qısa seminarları Azərbaycanın müxtəlif bölgələrindən olan 7000-dən çox həkim keçib. Amma 92 saatlıq bütöv kursu 4500-dən çox həkim keçib və sertifikat alıb. Artıq onlar bioloji təbabətlə müalicə etməyi bacarırlar. Bu həkimlərin bəziləri bizim Sumqayıt, Göyçay bölgələrindəki klinikalarımızda işləyirlər. Xəstələr də onlardan çox razılıq edirlər. Biz bu seminarları Almaniyadan, İsveçrədən, başqa xarici ölkələrdən dəvət etdiyimiz yüksək ixtisaslı həkimlərlə təkcə Bakıda yox, Azərbaycanın bütün rayonlarında, Gəncə, Mingəçevir, Sumqayıt və başqa şəhərlərində, hətta Naxçıvan Muxtar Respublikasında da təşkil etmişik.


-Siz artıq bölgələrdə də Bioloji Təbabət Klinikasının filiallarını yaratmısınız. Bu çox təqdirəlayiq haldır.
- 14 ildir ki, biz Azərbaycanın bütün rayonlarında həkimlər üçün bioloji təbabətlə bağlı məlumatlandırıcı seminarlar keçirir-Göyçayda, Bərdədə, Masallıda, Gəncədə, Naxçıvan şəhərində və sairə bölgələrdən Bakıya gəlməyə imkanları olmayan həkimlərə o bölgələrdə dəfələrlə Almaniyadan və dünyanın ayrı-ayrı yerlərindən olan mütəxəssislərlə geniş seminarlar, mərhələli kurslar keçirməklə onlara bioloji təbabətin incəliklərini öyrətməyə başlamışıq. Sonra belə qərara gəldik ki, regionlarda da klinikamızın filiallarını açaq. Beləliklə, Göyçay və Sumqayıtda filiallar açdıq. Bu gün orada yüksək ixtisaslı həkimlər işləyir. İndi şimal bölgəsinin əhalisi Sumqayıt filialında müalicə olunur. Göyçaya yaxın olan Qarabağ bölgəsi və qonşu rayonların əhalisi orada müalicə alır. Yaxın vaxtlara isə Cənub bölgəsi üçün Masallıda yeni Klinikamız açılacaq.


- Hansı xəstəliklər var ki, onlar sizin klinikada tam müalicə olunur?
- Dünyada müalicəsi çox çətin olan bu xəstəlikləri bizim Klinikada Almaniyada istehsal olunan bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla tam müalicə etmək mümkündür. Bunlar- qırmızı qurd eşənəyi, psarioz, bel yırtığı, sakalios, dağınıq skleroz, poliartrit, artroz, osteoxandroz, əsəb xəstəlikləri və başqaları. Artıq bütün bu sahələrdə bizim yeddi ildən çox təcrübəmiz var. Və belə xəstələri çox müalicə etmişik. Ona görə də mən həmvətənlərimizə demək istəyirəm ki, belə xəstəlikləri müalicə etmək üçün xarici olkələrə getmək lazım deyil. Bizim Klinikaya müraciət edin və müsbət effektini də görün.


-Xalqımıza arzularınız, istəkləriniz nədir?
-Mən də bir vətəndaş kimi xalqımıza tibb sahəsində öz xidmətlərimizi göstərmək istəyirəm. Ona görə də biz bu Bioloji Təbabət Klinikasını yaratmışıq. Ən birinci məqsədimiz budur ki, bioloji təbabəti Azərbaycanda inkişaf etdirək ki, xəstələrimiz müalicə almaq üçün böyük pullar xərcləməklə xarici ölkələrə üz tutmasınlar. Bizə müraciət etinlər və şəfa tapsınlar. Eləcə də qonşularımız olan Rusiya, Türkiyə, İran və Gürcüstan respublikasindan da xəstələr bizim Bioloji Təbabər Klinikasına müracitət edib, çox az müalicə xərcləri ilə tam sağalsınlar. Çünki həmin ölkələrdə bioloji təbabətlə bağlı klinikalar yondur.
Biz əvvəllər uzunömürlü xalq olmuşuq. Bizim məqsədimiz də budur ki, xəstələri tam sağaltmaqla həmin uzunömürlülüyü Azərbaycanda bərpa edək. Bu sahədə inkişaf etməyimiz üçün əlimizdən gələni edirik və edəcəyik. Bilirsiniz ki, sağlamlıq insan üçün dünyada ən böyük nemətdir. Ona görə də hər bir insan gözəl və mənalı yaşamaq üçün ilk öncə öz sağlamlığının qeydinə qalmalıdır.

 


Ağalar İDRİSOĞLU
Yazıçı-rejissor
Əməkdar İncəsənət Xadimi