MASALLI RAYONUN BORADİGAH QƏSƏBƏ ƏRAZİSİNDƏ NOVRUZ ŞƏNLİYİ - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI RAYONUN BORADİGAH QƏSƏBƏ ƏRAZİSİNDƏ NOVRUZ ŞƏNLİYİ FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayonunun Boradıgah qəsəbəsində Novruz şənliyi keçirilmişdir. Şənlik sakinlərin və məktəblilərin iştirakı ilə düzənlənmışdi. Böyüklər də, kiçiklər də sevinc içəricində idi. Dədə Qorqud, Keçəl, Kosa və Bahar qızın meydana gəlişi ilə başlayan bayram tədbirində Novruz tonqalı qalandı.
Bu barədə "Az.PRESS.az"ın Masallı müxbiri Əlihüseyn Şükürov və foto müxbir Vəkil Novruzoğlu xəbər verir.
Çıxış edənlər ərazi sakinlərini Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdilər, xoş günlər günlər, xoş sabahlar arzu etdilər. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏLİYEVƏ və Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil HÜSEYNOVA minnətadlıq ifadə etdilər. Masallının, qəsəbənin bu günkü tərəqqisindən söz açdılar.
Şənlikdə iştirak edən kənd ağsaqqalları, gənclər və məktəblilər Novruzun adət və ənənələrindən bəhs edərək baharın gəlişinin xalqımız üçün təntənə olduğunu qeyd etdilər.V urğulandı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra mühüm nailiyyətlərə imza atıldı, milli mənəvi dəyərlərimizin qorunması, tədqiqi və tətbiqi istiqamətində uğurlar əldə olundu.Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Novruza milli bayram statusu verildi. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi xidmətləri sayəsində Novruz milli –mədəni irsi siyahısına yazıldı.
Tədbirin sonunda məktəblilərin rəqs və milli adət ənənələri özündə əks etdirən müxtəlif oyunlarlarla başa çatdı.

 

AZpress.AZ -
MÜXBİR
Əlihüseyn ŞÜKÜROV.

 


***

 

 

MASALLI RAYONUN ÇAXIRLI ƏRAZİSİNDƏ NOVRUZ ŞƏNLİYİ


Martın 16-da Masall; rayonun Çaxırlı kənd orta məktəbinin həyətində Novruz şənliyi keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin saytına istinadən "Az.PRESS.az"ın Masallı müxbiri Əlihüseyn Şükürov xəbər verir ki, tədbiri Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Oktay Cavadov açaraq şənlik iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi və rayon İcra hakimiyyəti başçısının təbrikini şənlik iştirakçılarına çatdırdı.
Novruz şənliyində işdirak edən kənd ağsaqqaları, ziyalıları və ictimaiyyət nümayəndələri Novruz bayramının bahar fəslinin gəlişinə işarə olduğunu bildirdilər.
Məktəblilər əllərində baharın rəmzi olan səməni, bənövşə tutaraq novruz bayramına aid müxtəlif tamaşalar göstərdilər və şeirlər dedilər.
Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov novruz bayramının bu fəsilə təsadüf etməsi təbiətin oyanması, birlik və barışıq bayramı olmasından danışdı.
Şənlikdə çıxış edən kənd ağsaqqallarından Tofıq Qubadov, ziyalılardan İlham Mürsəlov, Könül Fətullayeva, kənd sakinlərindən Vəfalı Paşayev, Məlahət Mahmudova və başqaları baharın gəlişi və Novruz bayramının Azərbaycan Xalqının Milli bayramlarından biri olması və xalqımız bu bayramı ta qədimlərdən çox böyük ruh yüksəkliyi ilə hal-hazıradək keçirməsindən söhbət açaraq qeyd etdlər ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə novruz bayramı daha mütəşəkkil keçrilirdi və bu gündə bu mütəşəkkillik davam etməkdə olduğunu söylədilər və Milli bayramın yayılmasında, milli adət ənənələrimizin qorunub saxlanılmasında xüsusi xidmətləri olan Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanı kənd əhalisi adından Novruz bayramı münasibəti ilə təbrik etdilər.
Tədbir məktəblilərin novruz bayramı səhnələrini oynaması, şeir və bayatılar ilə yekunlaşdı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !