Aprel ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Mehmanxana sahibəsi" tamaşasının premyerası keçiriləcək -

Aprel ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Mehmanxana sahibəsi" tamaşasının premyerası keçiriləcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış italyan dramaturqu Karlo Qaldoninin "Mehmanxana sahibəsi" əsərinin son məşqləri gedir. Tamaşanın premyerası apreldə keçiriləcək.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada əsas obrazları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva, Təhminə Məmmədova, Eşqin Quliyev və Ceyhun Məmmədov ifa edəcəklər.

Baş rol - Mirandolina obrazını əməkdar artist Leyli Vəliyeva canlandıracaq.

Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qarşı qisasından bəhs edir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !