Baharın gəlişi münasibətilə Şəkidə təntənəli mərasimlər təşkil olunub - FOTO

Baharın gəlişi münasibətilə Şəkidə təntənəli mərasimlər təşkil olunub FOTO

Milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan Novruz bayramı respublikamızın hər yerində olduğu kimi, qədim Şəki diyarında da geniş və silsilə tədbirlərlə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, baharın gəlişi münasibətilə Şəki şəhərindəki “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər bayram şənliyi keçirilib.

Bayram tədbiri XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayının həyətində mədəniyyət işçilərinin hazırladığı bədii proqramla başlanıb. İctimaiyyətin nümayəndələri və şəhərin qonaqlarının iştirak etdikləri tədbirdə musiqi və rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Bayram tədbiri daha sonra qədim memarlıq abidəsi olan “Qala divarları”nın həyətində davam etdirilib. Bayram tonqalı alovlandırıldıqdan sonra pəhləvanlar öz məharətlərini nümayiş etdiriblər. Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə bayram iştirakçılarına xoş ovqat bəxş ediblər.

Sonra bayram iştirakçıları qoruğun ərazisindəki V-VI əsrlərə aid Dairəvi məbədin həyətində milli rəqsləri, idmançıların çıxışlarını izləyib, milli geyimli qadınların hazırladıqları bayram təamlarından dadıb, Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar.

Bayram tədbiri daha sonra XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində rəngarəng konsert proqramı ilə davam edib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !