Azərbaycan Dövlət Gənc Tamaşqaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTO

Azərbaycan Dövlət Gənc Tamaşqaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq FOTO

Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilən qərara əsasən hər il dünyanın hər yerində 27 mart Beynəlxalq Teatr günü kimi qeyd edilir. Dünyanın bütün teatrlarında xüsusi qeyd edilən bu əlamətdar gün respublikamızda fəaliyyət göstərən teatrlarda müxtəlif tədbirlər və tamaşalarla yadda qalır.
27 mart – Beynəlxalq Teatr günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xüsusi qeyd olunacaq.
Həmin gün saat 12.00 və 14.00-da A.Tolstoyun “Balaca və damda yaşayan Karlson”, saat 19.00-da yazıçı-dramaturq Elçinin “Buzovna kəndinin əhvalatları” tamaşaları nümayiş etdiriləcək.
2013-cü ildə Beynəlxalq layihə çərçivəsində hazırlanmış “Balaca və damda yaşayan Karlson” tamaşasının quruluşçu rejissoru Ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.
Saat 19.00-da Xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərləri əsasında səhnələşdirilmiş “Buzovna kəndinin əhvalatları” tamaşası nümayiş etdiriləcək. Xalq yazıçısının “Toyuğun diri qalması” hekayəsi və “Dolça” povesti əsasında hazırlanan səhnə əsərində Bakı kəndlərinin gündəlik yaşam tərzi, zəngin adət-ənənələri əksini tapır. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, rejissor assisenti əməkdar artist Nofəl Vəliyev, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.
Məlumat üçün bildirək ki, həmin gün “Buzovna kəndinin əhvalatları” tamaşası 50-ci dəfə nümayiş etdiriləcək.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !