Bu gün Azərbaycan aktyoru - Elşən Hacıbabayevin doğum günüdür

Bu gün Azərbaycan aktyoru Elşən Hacıbabayevin doğum günüdür

Bu gün Azərbaycan aktyoru Elşən Atabala oğlu Hacıbabayevin doğum günüdür. Allah uzun ömür və can sağlığı versin.

Elşən Atabala oğlu Hacıbabayev 29 mart 1980-ci ildə Bakıda anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1999-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.

Dram və kino aktyorudur. Film, reklam və kliplərdə çəkilmişdir. Evlidir.

 

Əsas rolları
1. Keşiş - («Hamlet», V.Şekspir)
2. Həkim - («Maqbet», V.Şekspir)
3. Hacı Kazım ağa - («Ölülər»,C.Məmmədquluzadə)
4. Notarius - («Mamay kişinin yuxuları », V.Səmədoğlu)
5. Cocuk - («İnək», N.Hikmət)
6. Qaçaqmalçı, Alfonso - («Karmen», P.Merime)
7. Eldar - («Qum üzərində ev», M.Rüstəmbəyov)
8. Oğlan - («Fanatlar», E.Hüseynbəyli)
9. Musiqiçi- («Tabut», F.Mustafa)
10. Reket - («Şübhəli əhvalat», Qabil)
11. Həkim – («Atamın kitabı», B .Vahabzadə)
12. Arif – («İblis», H.Cavid)
13.Qardaşxan – («Əbləhlərin toyu», R.Əlizadə)
14. Aktyor – («Mürafiə vəkilləri», M.F.Axundov)
15. Arif – («Qarışqa yuvası», Ə.Qiyas)
16. Uğurlu – («Sara Xatun», N.Saraclı)
17. Polis – («Gecə soyğunçuları», M.Mitroviç)
18. Qənimət – («Məhv olmuş gündəliklər», İ.Əfəndiyev)
19. Cəllad – («Tədbirə qarşı tədbir», V.Şekspir)
20. Sərcun – («Kərbəlada doğan günəş», O.Altunbay)
21. Ninkoviç – («Nazirin xanımı», B.Nuşiç)
22. İvan Sidrov, III borc verən, şatala («Tarelkinin ölümü», A.S.Kabilin)
23. Nəzarətçi – («Nerostatı unudun», Q.Qorin)
24. Mirzə Cavad – («Aydın», C.Cabbarlı)
25. Gürcüü – («Şeyx Sənan», H.Cavid)
26. Cəllad – («Ələddinin sehrli çırağı», Ərəb xalq nağılı)
27. Qonaq – («Viktoriya», K.Hamsun)
28. Kral – («Şelkunçik», E.T.A.Hofman)
29. Britlz – («Oliver Tvistin macəraları» Ç.Dikkens)
30. Hətəm, Marlen – («Əcəl atı» V.Əlixanlı)
31. Marlen – («Mən səni sevirəm –MSS» Ə.Əmirli)
32. Hersoq – («Romeo və Cülyetta» U.Şekspir)
33. Kələntər – («Buzovna kəndinin əhvalatları» Elçin)
34. Kərəməli – («Hacı Qara» M.F.Axundzadə)
35. Ağ div – («Şahzadə Xəzərin nağılı» K.Ağabalayev. N.Kazımov)
36. Hüseynqulu bəy – («Qaraca qız» S.S.Axundov, A.Şaiq)
37. Bazilio – («Buratinonun macəraları» A.Tolstoy)
38. Padşah – («Danışan gəlincik» A.Şaiq)

 

Filmoqrafiya
"Moskva-Bakı" qatarı (film, 2005)
İnterpapa (film, 2006)
Qaydasız döyüş (film, 2009)
Döngələr (2012)
Çaqqal nəfəsi (serial, 2013)
Mən evə qayıdıram (film, 2014)
3 bacı
Taksi parkı 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !