Rus Dram Teatrından əsgərlərimizə dəstək - FOTO

Rus Dram Teatrından əsgərlərimizə dəstək FOTO

Səməd Vurğun adına Rus Dövlət Dram teatrında Qarabağda hərbi əməliyyatlarla əlaqədar kollektivin iştirakı ilə yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski deyib:

"Mən 50 ildir ki, səhnəyə çıxıram, amma həyatımda bugünkü kimi həyəcan keçirməmişəm. Bu həyəcan, belə qürurlu olmağımın səbəbi bizim bir millət kimi özümüzü müdafiə etməyimizlə bağlıdır. Xalqımız uzun illərdir ki, dünyadan ədalət xahiş edir, ancaq, əfsus ki, bizi dinləmirlər. Üstəlik, bəzi xarici, pulla alınmış KİV-lər bizi bədnam kimi təqdim etməyə çalışırlar. Dünyanı silkələyən bu üç gün qarşımızda yeni perspektiv açır. Bu, əlbəttə ki, illər ərzində xalqımızı və torpağımızı müdafiə etməyə hazır, mübariz ordu yaradan Prezidentimiz İlham Əliyevin xidmətidir".

Xalq artisti onu da əlavə edib ki, tezliklə teatr əsgərlərimizin yanına getmək üçün cəbhə briqadası yaradacaq.

 

Tədbirdə həmçinin Azərbaycanın xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, Yuri Baliyev, Fuad Poladov, əməkdar artistlər Yevgeni Nevmerjiskaya, Natalya Şarovskaya, Rita Əmirbəyova, aktyorlardan Teymur Rəhimov, Rüfət Nəzərov və başqaları da çıxış ediblər.

Onların hər biri öz çıxışlarında ordumuzun hərbi əməliyyatlara hazır olduğunu və onları dəstəklədiyini dilə gətiriblər. Onlar bildiriblər ki, əgər Prezident İlham Əliyev əmr verərsə, xalqımıza bu müharibədə qələbə qazanmağa kömək olmaq üçün könüllülər sırasında olmağa hazırdırlar.

Yığıncaq teatrın direktoru Ədalət Hacıyevin çıxışı ilə başa çatıb. O deyib:

"Allaha Şükür ki, biz 90-cı illərin əvvəllərində yaşamırıq. Torpaqlarımızı qorumaq üçün bütün imkanlarımız var. Ölkəmiz uzun illərdir Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir, amma Ermənistan tərəfi təxribatla məşğul olmaqda davam edir. İndi xalqımız onlarla sonuna qədər mübarizə aparmağa hazırdır. Biz Ali Baş Komandamıza, Prezident İlham Əliyevə və ordumuza inanırıq". 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !