Gənclərin Silahlı Qüvvələrimizə dəstək aksiyasında Kəlbəcər rayonundan yüzlərlə gənc iştirak edib - FOTO

Gənclərin Silahlı Qüvvələrimizə dəstək aksiyasında Kəlbəcər rayonundan yüzlərlə gənc iştirak edib FOTO

Aprelin 6-da Bakıda Şəhidlər Xiyabanında gənclərin Silahlı Qüvvələrimizə keçirdiyi dəstək aksiyasında Kəlbəcər rayonundan olan yüzlərlə gənclər də iştirak edib. Gənclərin nümayəndəsi Həbib Misirov qeyd etdi ki, Kəlbəcərli gənclər ölkə başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı azad etməyə hazırdılar. Biz hər an düşmənə qarşı döyüşlərdə iştirak etmək üçün Ali Baş Komandandan əmr gözləyirik. Cəbhədə aparılan hərbi əməliyyatlar Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Aprelin 2-si tarixi biz kəlbəcərlilər üçün həm kədərli, həm də sevincli gündür. Kədərlidir ona görə ki, doğma Kəlbəcərimizin işğal edilməsi gündür. Sevinclidir ona görə ki, Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbə vuraraq qələbə qazandı. Biz kəlbəcərlilər ermənilərin xalqımıza qarşı törətdikləri soyqımıları hec vaxt unutmuyacağıq. Məhz aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər Kəlbəcər rayonun Ağdaban kəndində misli görünməmiş soyqırım cinayəti törətdilər. 33 nəfərdən artıq mülki şəxs vəhşicəsinə qətilə yetirlidi. Bu soyqrım cinayətinin iştirakçıları hazırki Ermənistanın rəhbərliyində olan quldur dəstələr idilər. Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ələlxüsus gənclərimiz işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadırlar.
Torpaqlarımızın azadlığı uğurunda şəhid olmuş soydaşlarımıza Allahdan rəhmət diləyirik. Şəhidlərimizin qanı yerdə qlamayacaq.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !