Mingəçevir gəncləri və Qarabağ müharibəsi veteranlarının izdihamlı yürüşü - FOTO

Mingəçevir gəncləri və Qarabağ müharibəsi veteranlarının izdihamlı yürüşü FOTO

Cəbhə bölgəsində düşmənlə üz-üzə dayanmış şanlı Azərbaycan Ordusunu, qəhrəman əsgər və zabitlərimizi dəstəkləmək, onlarla həmrəylik nümayiş etdirmək üçün Mingəçevir şəhərində minlərlə gəncin iştirakı ilə möhtəşəm mitinq və yürüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər stadionunda keçirilən tədbirdə idarə, müəssisə və təşkilatlarda çalışan gənclər, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Qarabağ və Əfqanıstan müharibəsi veteranları, gənclər təşkilatlarının üzvləri iştirak ediblər. Mərasimdə torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərdə həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. Gənclər, eləcə də Qarabağ müharibəsi veteranları çıxış edərək əsgərlərimizlə həmrəy olduqlarını, hər zaman döyüşə hazır olduqlarını bəyan ediblər. Onlar aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbiçilərimizin və mülki şəxslərin ruhunu yad etmək və ordumuza dəstək məqsədilə Mingəçevirdə keçirilən bu tədbirin əhəmiyyətindən danışıblar. Əllərində Azərbaycanın üçrəngli bayrağı olan minlərlə gənc Prezident və Ali Baş Komandan İlham Əliyevin əmri ilə Vətən uğrunda döyüşə hazır olduqlarını bəyan ediblər.

Gənclər "Şəhidlər ölməz, Vətən bölünməz", "Liderə inanaq-Qarabağa qayıdaq", "Qarabağ bizimdir, bizim olacaq", "Prezident və Ali Baş Komandan İlham Əliyevə dəstək olaq", "Vətənin müdafiəsinə hazırıq", "Ordumuza və müdafiə naziri general-polkovnik Zakir Həsənova inanırıq", "Ağlama şəhid anası oğlun cənnəti qazandı" şüarları səsləndiriblər.

Daha sonra tədbir iştirakçıları şəhərin Heydər Əliyev və İslamzadə prospektləri boyunca yürüş ediblər, Şəhidlər xiyabanına gedərək Vətən yolunda canından keçən insanların xatirəsini ehtiramla yad ediblər. 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )