GÜLAĞA TƏNHA : - XARİCİ KƏŞFİYYATA İŞLƏYƏN AZƏRBAYCANLI QATİLLƏR ...

GÜLAĞA TƏNHA : XARİCİ KƏŞFİYYATA İŞLƏYƏN AZƏRBAYCANLI QATİLLƏR ...

 Oxucularımız artıq çoxdandır ki , şair, iş adamı və xeyriyyəçi Gülağa Tənhanın tez- tez ölkəmizdə baş verən hadisələrlə bağlı apardığı analitik araşdırmaları ilə tanışdırlar. Gülağa Tənha bu yaxınlarda növbəti analitik araşdırmalarını yenə də oxuculara təqdim etmişdir. Ölkə daxilində baş verən bir sıra prosesləri araşdıran iş adamı öz fikirlərini bir daha ortalığa çıxarmışdır. Bildiyimiz kimi, bu tanınmış iş adamının əvvəllər də verdiyi proqnozlar bir müddətdən sonra özünü doğrultmuşdur. Bu isə bir daha onu sübut edir ki, adı çəkilən şəxs geniş məlumat bazasına malik olduğu üçün , bu baza əsasında da optimal proqnozlar verməyə qadirdir. Öz çıxışında Gülağa Tənha MTN-nin sabiq sədri Eldar Mahmudovun vaxtı ilə rəhbərliyi altında törədilmiş bir sıra ciddi qanun pozuntuları haqqında məlumat vermişdir. Bu təşkilatın vaxti ilə dövlət maraqlarına xidmət deyil , öz biznes- kommersiya məqsədlərini güdən fəaliyyətlə məşğul olduğunu qeyd edən iş adamı bunu düzgün kadr siyasəti aparılmaması ilə izah etmişdir. Bununla yanaşı o, həm də bildirir ki, keçmişdə - sovet dövründə OBXSS deyilən bir təşkilatın yetişdirməsi olan E. Mahmudovdan bundan artıq nə isə gözləmək də sadəlövhlük olardı. Növbəti çıxışında Gülağa Tənha iddia edir ki, Eldar Mahmudovun komandasında olan bir sıra şəxslər xarici kəşfiyyata xidmət etmişdir . Onun belə bir qənaətə gəlməsinə səbəb keçmiş komanda üzvlərinin fəaliyyətlərinin araşdırılıb öyrənilməsi olmuşdur. Vaxtı ikən mediada cənab Prezident haqqında gedən xoşagəlməz materialların sifarişçilərinin də elə bu üzdəniraq komandanın əməkdaşları olduğu xüsusi qeyd olunur. Gülağa Tənha bütün bunları dövlətə və vətənə xəyanət kimi qiymətləndirmişdir. Düzgün olaraq əlavə edilimişdir ki, E. Mahmudovun komandasını dəstəkləyən ,çirkin əməllərinə,vətənə , prezidentə xəyanətə görə media qurumları da məsuliyyət daşımalı və onların da fəaliyyəti araşdırılıb, cəzalarını çəkməlidirlər. Sonda qeyd etmək istərdik ki, təqdim etdiyimiz bu çıxış bir neçə hissədən – video-müraciətdən ibarətdir.

Adı çəkilən iş adamının yaxın günlərdə araşdırmalarının növbəti video – çıxışlarını sizə təqdim edəcəyik.

AZpress.AZ
www.azpress.az
[email protected]
[email protected]

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !