Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində ordumuza dəstək tədbiri keçirilib - FOTO ( AZpress.AZ - Tural Səlimov, Şəki )

Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində ordumuza dəstək tədbiri keçirilib FOTO ( AZpress.AZ - Tural Səlimov, Şəki )

 Aprelin 6-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə Milli Ordumuza dəstək tədbiri keçirilib.
Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əvvəlində erməni işğalçıları ilə döyüşlərdə qəhrəmancasına həlak olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Şəki rayon Ağsaqqallar Şurasının sədr müavini Mustafa Əhmədov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Şəki rayon filialının sədri Məmmədnuru Əzizov və digərləri Azərbaycanın işğal olunmuş ərazilərində erməni silahlı birləşmələrinin təxribatlarına Milli Ordumuzun tutarlı cavab verməsini, düşmənin canlı qüvvəsi və hərbi texnikasını darmadağın etməsini böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayıblar.
Çıxışlarda Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi bir daha diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan öz haqqını tələb edir və işğal olunmuş torpaqlarını güzəştə getməyəcək. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu barədə danışarkən deyib: “...Çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün...”
Qeyd olunub ki, son bir neçə gündə düşmən Azərbaycan əsgərinin əsl gücünü görüb. Yüksək vətənpərvərlik ruhuna köklənmiş hərbçilərimiz verilən tapşırıqların öhdəsindən şərəflə gəlirlər.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş ölməz şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən daim hörmətlə, ehtiramla yad edilir və bundan sonra da yad ediləcəkdir.
Beynəlxalq aləmdə də Azərbaycanın haqq səsinin eşidildiyini deyən natiqlər dünya ölkələrini ədalətli mövqe tutmağa səsləyiblər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !