Şəkinin ucqar kəndində 468 abonentə təbii qaz verilib - FOTO ( AZpress.AZ - Tural Səlimov, Şəki )

Şəkinin ucqar kəndində 468 abonentə təbii qaz verilib FOTO ( AZpress.AZ - Tural Səlimov, Şəki )

Uzun illər fasilədən sonra aprelin 7-də Şəki rayonunun ucqar yaşayış məntəqələrindən olan Cəyirli kəndinə yenidən təbii qaz verilib.
468 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 138 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 27 min 774 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər paytaxtla yanaşı, regionlarda da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, rayonun ucqar yaşayış məntəqələrindən olan, Şəki şəhərindən 55 kilometr məsafədə yerləşən Cəyirli kəndinə yenidən təbii qazın verilməsi dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğıya bariz nümunədir.
Bildirilib ki, hazırda Şəkinin 32 yaşayış məntəqəsi təbii qazdan istifadə edir. Əhali abonentləri üzrə qazlaşma 76 faiz təşkil edir. Eyni zamanda, rayonun daha 12 kəndinin qazlaşdırılması istiqamətində iş aparılır. Cari il ərzində bu kəndlərə də “mavi yanacağ”ın verilməsi təmin olunacaq.
Kənd ağsaqqalları, ziyalılar çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !