Şəki şəhərində "Multikulturalizm ənənələrinə sadiqlik" mövzusunda tədbir keçirilib - FOTO

Şəki şəhərində "Multikulturalizm ənənələrinə sadiqlik" mövzusunda tədbir keçirilib FOTO

Aprelin 9-da Şəki İslam Mədrəsəsində "Multikulturalizm ənənələrinə sadiqlik" mövzusunda tədbir keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki İslam Mədrəsəsinin müdir müavini Vüqar Məmmədov, Şəki Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov, Müşfiq Xəlilov və mədrəsənin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Vüqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili məhz "Multikulturalizm ili" elan etməsini Azərbaycandakı tolerant mühit və multikultural ənənəyə hörmətin yüksək olması ilə əlaqədar olduğunu xüsusilə vurğulayıb.
Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev aktual mövzuya həsr olunan tədbirin əhəmiyyətindən danışaraq ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib.O qeyd edib ki, ölkəmizdə zəngin multikultural və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir. Natiq ölkəmizin müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqları ərazi olduğunu, xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən və mental dəyərlərimizdən qaynaqlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şəki Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov və Müşfiq Xəlilov çıxış edərək İslam dinində insana verilən dəyərdən və ehtiramdan söz açıblar. Daha sonra din xadimləri qeyd ediblər ki, irqindən, milliyətindən, dini əqidəsindən və sosial mənşəyindən asılı olmayaraq hər kəsə hörmət etməliyik ,çünki insanlar Allah təalanın yaratdığı varlıqlardır. Ölkəmizdə tolerant mühitin və multikultural ənənənin inkişaf etdirilməsi isə hər birimizin üzərinə düşən vəzifələrdən biridir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !