Opera və Balet Teatrında Coakkino Rossininin Sevilya bərbəri operasının tamaşası keçiriləcək -

Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək

Aprelin 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcəkdir.

Azərbaycanlı opera ustaları bu tamaşada Belarus və Ukraynadan dəvət olunmuş həmkarları ilə birlikdə çıxış edəcəklər.

Teatrın ən istedadlı vokalçılarından Əməkdar artistlər İnarə Babayeva Rozina, Əkrəm Poladov doktor Bartolo, Səbinə Əsədova Berta, Xalq artisti Əli Əsgərov Don Bazilio və gənc solist Tural Ağasıyev isə Fiorello rollarını ifa edəcəklər.

Tamaşada əsas partiyalardan biri olan qraf Almaviva partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyak ifa edəcəkdir. Fiqaro partiyasını isə Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti Vladimir Qromov ifa edəcəkdər.

Tamaşanı Dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcəkdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !