Mingəçevir məktəbliləri arasında intellektual yarış başladı - FOTO

Mingəçevir məktəbliləri arasında intellektual yarış başladı FOTO

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Mingəçevir şəhərində məktəblilər arasında intellektual yarış öz işinə başlamışdır.
Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Gənclər Evi təşkil edilən yarışların əsas məqsədi məktəblilərin dünyagörüşünü zənginləşdirmək, onların intellektual səviyyəsini qiymətləndirmək, peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdir.
Yarışlar 2 mərhələdən - daxili seçim turu və final mərhələsindən ibarətdir. Hazırda daxili seçim turları keçirilir. Final yarışı isə 2016-cı il mayın 5-də baş tutacaqdır.
Mərkəzin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov bildirmişdir ki, məktəblilər keçirilən yarışa çox ciddi maraq göstərir və bu bizi çox sevindirir. Yeniyetmə və gənclərimizin öz intellektual biliklərini sınamaq üçün yarışmaya qatılması ona əsas verir ki, ölkəmizdə, xüsusilə də regionlarda həm təhsil siyasəti, həm də gənclər siyasəti uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, gənclərimiz yüksək intellektə və bacarıqlara yiyələnirlər. Gənclər təşkilatı kimi bizim işimiz isə, yeniyetmə və gənclərimizin potensiallarını üzə çıxarmaq, onların faydalı vətəndaş kimi inkişaflarına dəstək verməkdir.
Qeyd edək ki, yarışların sonunda qalib komandalar diplom və kuboklarla təltif olunacaqlar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !