Musiqili Teatra təşəkkür etdilər -

Musiqili Teatra təşəkkür etdilər

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi sosial proqramlar çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramıyla çıxış edib. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, musiqili-əyləncəli tədbirdə Azərbaycan Respublikasının Əməkdar artistləri Novruz Qartal, Almaz Ələsgərli, Naidə Orucova, Əkbər Əlizadə, geniş tamaşaçı kütləsinin “Keyxanım” kimi tanıdığı istedadlı aktrisa Ülviyyə Əliyeva, vokalçı artist Gülnarə Kərimbəyova və Xor və Balet truppasının üzvləri iştirak ediblər. Konsert proqramı çərçivəsində Dövlət Musiqili Teatrının cari repertuarında olan, tamaşaçıların hər zaman sevə-sevə və böyük maraqla izlədiyi tamaşalardan parcalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Bu münasibətlə mərkəzin rəhbəri Rəhilə Həsrətova Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə təşəkkür məktubu yazıb. “Sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası və onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mərkəzimizin gənclərinə öz rəngarəng çıxışları ilə gülüş bəxt etdilər, unudulmaz anlar yaşatdılar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi gənclərinin və şəxsən öz adımdan göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm”, - deyə məktubda qeyd olunur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !