Şəkidə Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları mövzusunda maarifləndirmə tədbiri keçirilib -

Şəkidə “Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şəki rayonu Vərəzət kənd tam orta məktəbində şagird və müəllimlərin iştirakı ilə “Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə ekspert qismində Şəki rayon Təhsil şöbəsinin baş məsləhətçisi Cumay Kərimov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev və Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əliəkrəm Məmmədov mövzu ilə bağlı çıxış edərək gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr barədə danışıb.
Təhsil şöbəsinin əməkdaşı Cumay Kərimov “Narkomaniya bəşəri problemdir” mövzusu ətrafında çıxış edərək narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev öz çıxışında dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verib, radikallığın, zərərli vərdişlərin İslam dinində qəbul edilmədiyini vurğulayaraq radikal meyillərin mənfi təsirindən qorunma üsullarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şəki Şəhər Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru Anar Xaliqov şagirdlərə erkən nikahın mənfi cəhətləri haqqında geniş məruzə edib. O bildirib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !