İki dostun fərdi yaradıcılıq sərgisi! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

İki dostun fərdi yaradıcılıq sərgisi! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Rəssam gözü rəssam ruhu hər bir insana verilən vergi deyil .Bu ömrü sanki Allah seçərək bəxş edir insanlara. Rəssam hər kəs ola bilər ancaq onu hər kəs dərk edib duya bilməz.Çünki bunun üçün ruhun qəlbin gözəlliyi də vacibdir.
Azpress.Az saytının verdiyi xəbərə əsasən bildiririk ki, Azərbaycan Rəssamlar İttifaqında iki dost rəssamın yaradıcılıq fərdi sərgisi keçirilmişdir. Sərgidə tanınmış rəssamlarla yanaşı xalq artisti Könül Xasıyevada iştirak edirdi. İki dost Məmmədov Feyzi, Həsənov Məmməd .
Rəssam Məmmədov Feyzi 1957ci-ildə Şəki Şəhərində anadan olmuşdur.Müəllif 40 ilə yaxındır ki, rəssamlıq sənətində çalışır .1991ci ildənRəssamlar İttifaqının üzvüdür. Bu illər ərzində rəssam bir çox ölkədaxili və ölkədən kənarda keçirilən Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilərin iştirakçısı olmuşdur. Əsərləri bir neçə dəfə Mədəniyyət Nazirliyi Rəssamlar İttifaqı və şəxsi kolleksiyaçılar tərəfindən alınmışdır. Rəssamın rəngkarlıq və qrafika sahəsində işlədiyi bütün əsərlərində onun doğulduğu və boya başa çatdığı Şəki şəhərinə olan sevgisi hiss olunur.Sənətkarın bütün əsərlərində özünəməxsusluq görünür və bu da rəssamlıq sahəsində müsbət hal kimi qarşılanır.
Bütün ömrünü rəssamlıq sənətinə bağlayan , ölkədaxili və ölkədən kənarda keçirilən sərgilərin iştirakçısı Həsənov Məmməd 1958 –ci ildə Şəki şəhərində anadan olmuşdur. 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür və şəxsi kolleksiyaçılar tərfindən əsərləri alınır. Onun bütün əsərlərində Azərbaycana , onun təbiətinə , adət ənənələrinə sevgisi, özünəməxsusluğu sənətkarın bütün əsərlərində açıq aydın hiss olunur.
Azpress.Az saytının xəbərinə istinadən bildirik ki, davam edəcək sərgi sənətsevərlərin üzünə bir neçə gün açıq olacaq.Hər iki rəssamımıza uğurlar , daha böyük nailiyyətlər arzu edirik.

Azpress.az , Minə Türksoy, Rüstəm ismayılov
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !