Fəxrəddin Manafovun həyəcandan əlləri əsdi - FOTO

Fəxrəddin Manafovun həyəcandan əlləri əsdi FOTO

Yəqin ki, əksər kişilər şöhrətli Cakomo Kazanovanın həyatını yaşamaq istərdi. O, qadınların marağından istifadə edirdi, istənilən qadını yoldan çıxara bilərdi və bunu məmnuniyyətlə edirdi. İndiyə qədər onun haqqında çoxlu əfsanələr gəzir. Onlardan nə doğrudur, nə yalandır, heç kəsə məlum deyil. Bu qəhrəman haqqında tamaşalar qoyulub, filmlər çəkilib və hər bir rejissor Kazanova obrazına öz tərzindən yanaşıb. Bakıda tanınmış rejissor İlqar Safat qadınların sevimlisi haqqında tamaşa hazırlayıb. Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında çoxdan gözlənilən “Kazanova: Sevgi dərsləri" tamaşasının premyerası baş tutub. Pyesin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.

Əlbəttə ki, bu xəbər yeni nəsə görmək istəyən teatrsevərlər arasında ajiotaj doğurmaya bilməzdi. Premyeradan bir neçə gün öncə tamaşanın biletləri alınmışdı. Tamaşaçıların marağını başa düşmək olardı, çünki ilk dəfə Rus Dram Teatrının səhnəsində xalq artisti Fəxrəddin Manafov çıxış edirdi. Məhz buna görə də həmin axşam tamaşaçıların böyük hissəsini qadınlar təşkil edirdi. Onların hamısı öz sevimli aktyorlarının səhnəyə çıxmasını səbirsizliklə gözləyirdilər. Teatrın direktoru Ədalət Hacıyev jurnalistlər üçün bütün imkanları yaratmışdır ki, onlar tamaşanın rejissoru və əsas qəhrəmanları ilə görüşüb söhbət edə bilsinlər. Adətən xalq artisti adətən KİV nümayəndələrindən qaçsa da, bu dəfə istisna oldu. O etiraf edti ki, həyəcandan əlləri əsirlər.

"Rus dram teatrının səhnəsində ilk dəfə çıxış edirəm və bu, mənim üçün böyük məsuliyyətdir. Təxminən dörd ildir ki, səhnəyə çıxmıram. Düşünürəm ki, tamaşaçılar bizim zəhmətimizi layiqincə qiymətləndirəcəklər. Təkcə özümə deyil, bütün aktyorlara da uğurlar arzulayıram"- deyən F. Manafov dərhal pərdə arxasında gözdən itdi.

Rejissor İlqar Safat isə etiraf edib ki, onlar tamaşanı iki ay ərzində hazırlayıblar. “Kazanova məşhur personajdır, bütün dünya mədəniyyətinində adı olan əfsanəvi obrazdır. Dəfələrlə kinematoqraflar və dramaturqlar bu obraza müraciət edib. Şadam ki, mənim xalq artisti Fəxrəddin Manafovla işləmək imkanım yaranıb. Mənə bu imkanı yaratdığına görə Rus Dram Teatrının rəhbərliyinə minnətdaram", - deyə İ.Safat bildirib.

Söhbətə əsas qadın rollarından birinin ifaçısı, gənc aktrisa Yeganə Hüseynli də qoşulub. O etiraf edib ki, Fəxrəddin Manafovla bir səhnədə oynamaq onun üçün böyük şərəfdir, buna görə də o çox həyəcanlanır. Hamıya uğurlar arzuladıqdan sonra jurnalistlər zalda öz yerlərini tutublar. Zalda bir dənə də olsun boş kreslo yox idi. Tamaşaçılar arasında həmkarlarını dəstəkləməyə gələn digər paytaxt teatrlarının artistləri, həmçinin görkəmli ictimai mədəniyyət və incəsənət xadimləri var idi. Zalda İşıq söndü və tamaşa başlandı. Səhnə hadisələrin gedişatından asılı olaraq fırlanan karuseli xatırladırdı. Səhnədə çox dekorasiya yox idi: Çarpayı, masa, stul və sandıq. Bu Kazanovanın otağı idi... Tamaşaçılar Fəxrəddin Manafovu səhnədə görən kimi zalda güclü alqış sədaları eşidildi. Xalq artisti ilk dəqiqələrdən tamaşaçıların diqqətini özünə çəkdi. Süjetə görə, yaşlandığı üçün artıq Kazanova əvvəlki sevgi intriqalarından əl çəkərək kitabxanaçı işləyir və gənc Fransa (Murad Məmmədov) sevgi dərsləri verir ki, o,burqomistrin qızı Annanı (Yeganə Hüseynli) yoldan çıxartsın. Onun atası (xalq artisti Yuri Baliyev) qızını qrafa (əməkdar artist Firdovsi Atakişiyev) ərə vermək istəyir. Annanın ürəyini ələ keçirmək istəyənlərin siyahısına Kazanova da qoşulur. Çünki o da Annaya ona aşiq olur. Xalq artisti gözəl sevgi nitqləri sayəsində Anna ilə yanaşı tamaşaçıları da hipnoz edirdi. Əlbəttə ki, Anna bütün nişanlılar arasında onu seçir, lakin təəssüf ki, Kazanovanın ürəyi buna tab gətirmir və ölüm onu caynağına alır.

Bir çox səhnələr gülüş doğururdu, bəziləri isə daha dərinliklərə təsir edərək insanı göz yaşlarına boğurdu. Tamaşada sevgi səhnələri çox olsa da, onların hamısı çox ahəngdar şəkildə əsərin stilistiskasına uyğunlaşırdı. Hər şey gözəl, incə, böyük mədəniyyətlə göstərilirdi. Fəxrəddin Manafov yenə zirvədə idi. Kazanova rolu çətindir, hər bir aktyor onun öhdəsindən gələ bilməz. Amma artisti bunu bacardı. O, bu rol üçün yaradılıb. Yeri gəlmişkən, bütün aktyorlar öz rollarının öhdəsindən gəldilər. Yuri Balıyevin, Firdovsi Atakişiyevin, Murad Məmmədovun, Yeganə Hüseynlinin oyunları əla idi. Tamaşaya hər bir aktyor düzgün seçilmişdi. Əlbəttə ki, bunda rejissor İlqar Safatın böyük xidməti var idi, o tamaşanı fərqli üslubda təqdim edərək qeyri-adi üslubu ilə bu dəfə də tamaşaçıları təəccübləndirdi. İki ay ərzində tamaşada çalışan quruluş qrupunun digər üzvlərinin adlarını da qeyd etməmək mümkün deyil. Tamaşanın quruluşçu-rəhbəri xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Musiqi tərtibatçısı isə İlqar Safatın özüdür. Həmçinin xoreoqraf Raulya Türkanın tamaşadakı böyük xidmətini xüsusi vurğulamaq lazımdır. Onun dəst-xətti tanımamaq mümkün deyil. Ümumiyyətlə, Raulya Türkanın xoreoqrafiyası üzərində işlədiyi bütün tamaşaların uğurlu və qeyri-adi olduğunu da qeyd etmək yerinə düşər. Sonda bütün yaradıcı heyət səhnəyə çıxdı. İlqar Safat gözəl oyun göstərdikləri üçün aktyorlara minnətdarlığını bildirdi. Tamaşaçılar Fəxrəddin Manafovun səhnədən buraxmaq istəmirdilər, yorulmadan alqış səsləri yüksəlir. O, zalda bir dəqiqəlik sükut olmasını xahiş etdi və dedi: "Bunun xatirinə yaşamağa dəyər!"Bizə yalnız tamaşaçılara gözəl məhəbbət hekayəsi bəxş edən İlqar Safata "Əhsən"demək qaldı.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !