Şəkidəki qədim karvansarayda musiqisevərlərə nəğmə çələngi təqdim olunub - FOTO

Şəkidəki qədim karvansarayda musiqisevərlərə nəğmə çələngi təqdim olunub FOTO

2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Şəki şəhərində “paytaxt ili”nə həsr olunan silsilə tədbirlər çərçivəsində aprelin 27-də yerli folklor və musiqi kollektivlərinin konserti təqdim edilib.

AZƏRTAC xəbər verir ki, XVIII əsrin sonlarına aid tarixi-memarlıq abidəsi olan “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil edilən konserti şəhər rəhbərliyi, musiqisevərlər, həmçinin “paytaxt ili”nin açılışı münasibətilə aprelin 28-də reallaşacaq tədbirlərdə iştirak etmək üçün Şəkiyə gələn türkdilli ölkələrin musiqi kollektivləri izləyiblər.

Şəkinin “Zirvə” ansamblının və digər yerli musiqi kollektivlərinin təqdim etdikləri Azərbaycan və türkdilli xalqların mahnılarından ibarət nəğmə çələngi musiqisevərlər və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !