Şəkidə Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016 ilinin təntənəli açılış mərasimində aşıqlar da iştirak edəcək - FOTO

Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin təntənəli açılış mərasimində aşıqlar da iştirak edəcək FOTO

Bu gün Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin təntənəli açılış mərasimində aşıqlar da iştirak edəcək.
Bu barədə aşıq Əli məlumat verib. O, bildirib ki, festival "Yallı" ilə açıq elan ediləcək. Bunun ardınca aşıq Əli Tapdıqoğlu və aşıq Vüqar Mahmudoğlunun birgə yaratdığı "Aşıqlar" xalq kollektivi bir neçə musiqili nömrə ilə çıxış edəcəklər.

Aşıq Əlinin məlumatına görə, 11 ölkədən qonaqlar festivalda iştirak etmək üçün Şəkiyə təşrif buyurub. Ötən gün Şəkiyə üz tutuan musiqiçilər açılışın məşq prosesində iştirak ediblər.

Xatırladaq ki, TÜRKSOY-un Mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib. Şəki Türk dünyasının mədəniyyət paytaxtı seçilən 5-ci şəhərdir.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq il ərazində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !