HOLLANDİYADA ÜZƏRİNDƏ HEYDƏR ƏLİYEV.... -

HOLLANDİYADA ÜZƏRİNDƏ HEYDƏR ƏLİYEV....

Mənzil-iqamətgahı Niderland Krallığının Amsterdam şəhərində yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanla bağlı həqiqətləri Avropada tanıtmaqda xüsusi rol oynayan Heydər Əliyev Fondu ilə ölkəmiz barədə onun hüdudlarından çox-çox uzaqlarda yerləşən Hollandiya vətəndaşlarının hərtərəfli məlumatlandırılmasında müstəsna rol oynayan qurum arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşığın təməli fondun Hollandiyada yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil almaları məqsədilə Amsterdam və Rotterdam şəhərlərində açılmış həftəsonu məktəblərin dərslik və dərs ləvazimatları ilə təmin edilməsindən və hərtərəfli qayğı göstərilməsindən qoyulmuşdur. Bundan əlavə, fond Benilüks Azərbaycanlıları Konqresini Azərbaycan həqiqətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən kitablarla, broşürlərlə və digər vəsaitlərlə təmin etmişdir. Fondun bu qayğısına cavab olaraq BAK-ın fəxri sədri Sahil Qasımovun təşəbbüsü və təklifi ilə qurumun sifarişi ilə ölkənin rabitə nazirliyi tərəfindən rəsmi olaraq üzərində Heydər Əliyev Fondunun emblemi təsvir olunmuş poçt markaları Hollandiyada dövriyyəyə buraxılmışdır. Markaların üzərində emblemin təsviri ilə yanaşı, ingilis dilində „Heydar Aliyev Foundation" sözləri yazılmıdır. Niderland krallığında dəyəri 0,44 olan və Avropa İttifaqına üzv ölkələrində isə 0,77 sentə satılan markalardan fərqli olaraq, Heydər Əliyev Fondunun emblemasının təsviri ilə buraxılmış markanın qiyməti 1 avrodur. Konvertlər üzərində yapışdırılmaq üçün nəzərdə tutulmuş markanın bu cür qiymətləndirilməsi, bu markalı məktubların bütün Avropa ölkələrində hərəkətinə imkan yaratmışdır.
Azərbaycanın Niderland Krallığındakı səfirliyi yeni markanın buraxılması ilə bağlı müəyyən tövsiyələr vermişdir.
Yaxın vaxtlarda yeni markanın təqdimatının keçirilməsi nəzərdə tutulur.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !